Tərcümə Mərkəzi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü nəşr edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərcümə Mərkəzi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü nəşr edib

14:28 - 26 / 12 / 2017
Tərcümə Mərkəzi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nü nəşr edib

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” çapdan çıxıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sözlük – Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə tərtib edilib.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün əsas fərqli cəhətləri – yazılışı əvvəlki orfoqrafiya lüğətlərində iki, bəzən üç variantda yer almış söz və terminlərin, eləcə də qüsurlu sözlərin vahid düzgün yazılış qaydası ilə verilməsi, işləkliyini itirmiş, lakin sahələr üzrə əhəmiyyətini saxlamış qədim sözlərin, oxşarköklü sözlərin yenidən işləklik qazanması, düzgün anlanması və tətbiqi məqsədilə izahlarla verilməsidir. Nəşrdə, həmçinin əvvəlki orfoqrafiya lüğətlərində yer almamış mindən çox saf Azərbaycan sözləri, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış xeyli sayda terminlər cəmlənib.

Kitabın tərtibçisi Mərkəzin direktoru Afaq Məsud, redaktoru AMEA-nın həqiqi üzvü Nizami Cəfərovdur.

S.Xankişiyeva

 

Paylaş:
630

Son xəbərlər

Bakıda Azərbaycan və Rusiya baş nazirləri arasında görüş olub - FOTO13 / 11 / 2024, 17:48Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb13 / 11 / 2024, 17:46İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb13 / 11 / 2024, 17:42COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB13 / 11 / 2024, 17:34“Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” - Çinin COP29 pavilyonunda konfrans - FOTO13 / 11 / 2024, 17:28Dövlət başçısı İranın vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:24İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:17COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb13 / 11 / 2024, 17:05Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:38İlham Əliyev Ruanda Prezidenti ilə görüşüb13 / 11 / 2024, 16:35Rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13 / 11 / 2024, 16:18Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:10Dünyaca məşhur futbolçu Ronaldinyo COP29-da - FOTO13 / 11 / 2024, 15:58İlham Əliyev Toqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 15:32COP29 çərçivəsində “Silk Way Alat Free Economic Zone” şirkəti və ICAO arasında yaşıl hava limanı və karqo kəndinə dair strateji razılaşma imzalanıb13 / 11 / 2024, 15:17Sabahdan Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir13 / 11 / 2024, 15:13Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”13 / 11 / 2024, 15:01Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb - YENİLƏNİB13 / 11 / 2024, 14:55İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər - YENİLƏNİB13 / 11 / 2024, 14:43Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB13 / 11 / 2024, 14:40
Bütün xəbərlər