83 min manatlıq ekoloji zərər: Bakı və Zəngilanda qanunsuz ağackəsmə faktları aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

83 min manatlıq ekoloji zərər: Bakı və Zəngilanda qanunsuz ağackəsmə faktları aşkarlanıb

First News Media17:52 - Bu gün
83 min manatlıq ekoloji zərər: Bakı və Zəngilanda qanunsuz ağackəsmə faktları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Zəngilan rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

1news.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Sabunçu rayonu, Böyükşor-Pirşağı avtomobil yolunun kənarında, Xətai rayonu, Kazımağa Kərimov küçəsində, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində və Zəngilan rayonu Gəyəli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 83 840 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib", - deyə məlumatda qeyd olunub.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər