Sinoptiklərdən xəbərdarlıq: Yağıntılar başlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq: Yağıntılar başlayacaq

1news Redaksiyası17:34 - 07 / 08 / 2026
Sinoptiklərdən xəbərdarlıq: Yağıntılar başlayacaq

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş:
312

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər