Dağlıq Qarabağda qanunsuz fəaliyyət: hadisələr necə aşkarlanır və məsuliyyəti kim daşıyır? | 1news.az | Xəbərlər
Siyasət

Dağlıq Qarabağda qanunsuz fəaliyyət: hadisələr necə aşkarlanır və məsuliyyəti kim daşıyır?

10:44 - 27 / 12 / 2017
Dağlıq Qarabağda qanunsuz fəaliyyət: hadisələr necə aşkarlanır və məsuliyyəti kim daşıyır?

Dekabrda İsveçrənin aparıcı mobil operatoru Swisscom ilə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən Karabakh Telecom şirkətini aşkarlamaq mümkün oldu.

Bu qısa məlumatın arxasında Azərbaycanın diplomatik qurumlarının uzunmüddətli səyləri dayanır. Bunun hesabına İsveçrə tərəfi Azərbaycanın ədalətli mövqeyinə əmin olaraq separatçılarla əməkdaşlığı dayandırmaq qərarına gəldi.

Lakin Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ Azərbaycanın nəzarət nöqtəsindən uzaqdadır. Bunun üçün də həmin ərazilər əvvəlki kimi qanunsuz fəaliyyət üçün münbit zəmindir.

“Azərbaycanın işğal olunmuş ərazilərinə əcnəbi hüquqi şəxslərin qanunsuz fəaliyyəti hər zaman diqqət mərkəzindədir. İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin dəqiq siyahısı var və onların fəaliyyəti hər zaman  izlənilir”, - bu sözləri 1news.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, Dağlıq Qarabağda fəaliyyət göstərən xarici şirkətlərin əsas istiqamətləri mədən sənayesi və telekommunikasiya sektorundadır.

Bunlardan otellərin onlayn sifariş edilməsi xidməti Booking.com, İsveçrənin telekommunikasiya şirkətləri Comfone və Swisscom, İngiltərənin audit şirkəti Grand Thronton və bir çoxlarını nümunə gətirmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində istənilən qanunsuz fəaliyyət istər ölkənin qanunvericiliyi, istərsə də beynəlxalq hüquq tərəfindən qadağan edilib. Əgər şirkət Azərbaycan tərəfinin dəlillərinə anlaşmaz yanaşırsa və Qarabağda fəaliyyət göstəməkdən imtina edirsə, o zaman avtomatik olaraq Azərbaycan XİN-in “qara siyahısına” daxil edilir.

“Hər hansı bir şirkətin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsi aşkarlanarsa dərhal həmin ölkənin rəsmi dairələrinə müraciət ünvanlanır və məsələ hökumətlərarası komissiyada qaldırılır”, - deyə Hikmət Hacıyev bildirib.

Məsələyə Azərbaycanın profil üzrə nazirlikləri də cəlb olunub.

Bir sıra hallarda Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən şirkətlərə qarşı ya cinayət işi açılıb, ya da qeydiyyatda olduğu ölkənin məhkəmə sisteminə uyğun olaraq hüquqi tədbirlər görülüb.  

Hikmət Hacıyevin sözlərinə görə, Dağlıq Qarabağda fəaliyyət göstərən beynəlxalq şirkətlərlə yanaşı, Ermənistanın siyasi rəhbərləri də saxta şirkətlər vasitəsilə qanunsuz fəaliyyət göstərir. Bu şirkətlər vasitəsilə Qarabağda dağ-mədən işləri görülür. Buradan əldə edilən pullar ofşor zonalara köçürülür.  

“Nümunə üçün, son illər Ermənistanda qızılın ixrac həcmi yüksəlib. Bu, işğal olunmuş ərazilərdə qızıl yataqlarının istismarı ilə bağlıdır”, - deyən H.Hacıyev qeyd edib ki, Ermənistandan dağ-mədən məhsulu əldə edən Avropa ölkələri onun mənşəyini də nəzərə almalıdır.

Əgər 2002-ci ilədək Ermənistanda qızılın ixtacat həcmi 2 tonu keçmirdisə, 2002-ci ildən sonra isə 3,2 ton qızıl, 5,5 ton gümüş ixrac edilib. Təkcə “Söyüdlü” yatağından 2003-cü ildə 2 ton, 2004-cü ildə isə 2,5 ton qızıl əldə edilib.

H.Hacıyev həmçinin qeyd edib ki, Avropa Komissiyasının Ticarət İdarəsi yaxın zamanlarda rəsmi saytında Azərbaycanın işğal olunmuş ərzilərində qanunsuz iqtisadi fəaliyyət göstərən  Avropa şirkətləri üçün xəbərdarlıqedici məlumat yerləşdirib.

Azərbaycanın müxtəlif 155 faydalı yataqları erməni iğalı altındadır. Bunlar arasında – 5 qızıl, 6 civə, 2 mis yataqıarını qeyd etmək olar. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin məlumatına əsasən, 2007-ci il ərzində Dağlıq Qarabağda 30-dan çox şirkət Azərbaycanın yeraltı sərvətlərinin çıxarılması üçün yaradılıb.

Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərin aşkarlanması ilə aparılan işlər hər zaman rahat olmur. Nümunə üçün,  Booking.com şirkətilə danışıqlar uzun müddətdir ki, aparılır. Hələ 2015-ci ildə məlumdur ki, şirkət Dağlıq Qarabağda fəaliyyət göstərən otelləri də siyahıya salıb. Bununla yanaşı, şəhərlərin qeyd edilərkən erməni adlarından istifadə olunub.

Azərbaycan tərəfi buna etirazını bildirdikdən sonra Dağlıq Qarabağ ərazisində otellərin bron edilməsi bir müddət dayandırıldı. Lakin 2017-ci ilin noyabrında şirkət yenidən Dağlıq Qarabağ ərazisində otellərin rezerv edilməsinə girişi açıq etdi.

İsveçrənin Comfone mobil şirkəti Azərbaycan tərəfinin bəyanatına məhəl qoymayaraq Karabakh Telecom-la əməkdaşlığı davam etdirir. Bundan əlavə, şirkətdən bildirilib ki, Karabakh Telecomla əməkdaşlıq 300 min İşveçrə frankı (təxminən 304 min dollar) həcmində illik gəlir gətirir. Və yalnız müvafiq həcmdə təzminat ödənilərsə əməkdaşlığın dayandırılmasına baxıla bilər.

Azərbaycan əsilli britaniyalı vəkil Kamran Balayev qeyd edib ki, beynəxalq hüquq bir sıra komponentlərdən ibarətdir və bu, təcrübədə çox zaman bir-birinə ziddir. Bununla da, tanınmamış dövlətlərin ərazisində Avropa şirkətlərinin fəaliyyətini tənzimləyən qanunlar var, lakin bu qanunlarla ziddiyyət təşkil edən hüquq prinsipləri də var.

“Buna görə də, məsələ ilə bağlı qanunvericilik ideal formada olsa da, onun icrası ilə bağlı çətinliklər olacaq”, - deyə o, 1news.az-a bildirdi.

Kamran Balayev – Kembric Universitet və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Həmçinin o, BMT qətnamələrini çərçivəsində insan hüquqlarını müdafiə edən “Sərhədsiz Hüquqşünaslar” təşkilatının təsisçisidir.

Həmçinin o qeyd edib ki, mövcud işlərin pozuntuları zamanı vəziyyətin düzəlməsi və bununla bağlı bütün tərəflərin məlumat verilməsi sahəsində hüquqşünasların və diplomatların daimi və gərgin səyləri mövcuddur.

ATƏT-də fəaliyyət göstərən Azərbaycan nümayəndəliyi iclasların birində Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərməklə bağlı məlumatın bütün ölkələrin biznes cəmiyyətlərinə çatrılmasını xahiş edib.

“İşğal olumuş ərazilərdə özəl şirkətlərin fəaliyyət göstərilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin uzanması, minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün mülkiyyət hüquququnun pozulması və onların doğma topraqlarına qayıtmasının qarşısınnı alnması üçün Ermənistan hökuməti tərəfindən istifadə olunur”, - Azərbaycan Nümayəndəliyinin bəyanatında qeyd edilir.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1383

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər