Hafiz Verdiyev: Gözəl bədən quruluşunun sirri – idmanla ciddi və həvəslə məşğul olmaqdadır - FOTO | 1news.az | Xəbərlər
İdman

Hafiz Verdiyev: Gözəl bədən quruluşunun sirri – idmanla ciddi və həvəslə məşğul olmaqdadır - FOTO

12:47 - 27 / 12 / 2017
Hafiz Verdiyev: Gözəl bədən quruluşunun sirri – idmanla ciddi və həvəslə məşğul olmaqdadır - FOTO

Hafiz Verdiyev bugünkü gündə pauerliftinq üzrə ölkənin ən titullu idmançılarından biridir. O, Avropa üzrə 5 qat və WPC-nin ən mötəbər versiyası üzrə dördqat dünya çempionudur.

Hafizin idmanla ilk tanışlığı Rusiyada təhsil aldığı müddətdə baş verib. Orada o, əvvəlcə boksla, daha sonra isə pauerliftinqlə məşğul olub. Lakin uzun illərdir ki, Hafiz beynəlxalq turnirlərdə Azərbaycan yığmasının şərəfini qoruyur.  

Bu il Hafiz Verdiyev 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılan idmançılar arasında idi.

- Nə üçün məhz pauerliftinq? İdmanın bu növünə necə gəldiniz?

- Pauerliftinq – qeyri-adi idman növüdür. Burada cinsiyyət və yaşla bağlı heç bir məhdudiyyət yoxdur. Digər tərəfdən də futbolu hər kəs oynaya bilər. Lakin pauerliftinqdə olduğu kimi ağırlığı hər kəs qaldıra bilməz. Pauerliftinqdə idmançıların iki rəqibi olur. Bu, sənin rəqiblərin və ştanqdır. İnsan beyni ağırlığa qarşı müqavimət göstərir.

Heç vaxt gözəllik üçün zallara getməmişəm. Əvvəllər paralel olaraq boksla da məşğuldum, buna görə də fiziki cəhətdən hazır idim. Lakin sonralar pauerliftinqlə məşğul olmağa başladım.

- Nə üçün Olimpiya idman növü boksdan – pauerliftinqin xeyrinə uzaqlaşdınız?

- Heç vaxt idmanın növlərini olimpiya və ya qeyri-olimpiya olaraq ayırmamışam. Baxın, qarışıq yığmalar indi nə dərəcədə məşhurdur? Baxmayaraq ki, bu, qeyri-olimpiya idman növüdür. Həmçinin buna maddi tərəfdən də önəm verməmişəm. Pauerliftinq isə elə idman növüdür ki, buna çox bağlanırsan. Bəzən həyatda hər şeyi unudursan.  

Pauerliftinq inanılmaz dərəcədə insana güc verir. Həmçinin pauerliftinq insanı mənəvi cəhətdən də çox qüvvətli edir. İnsan inanılmaz dərəcədə ağırlıq qaldıranda buna psixoloji cəhətdən də hazır olmalıdır.

- Pauerliftinqlə neçə ildir məşğul olursunuz?

- 2006-cı ildən bu idmanla məşğul olmuşam. Bir il sonra idman yarışlarında iştirak etmişəm. Elə ilk turda ikinci yeri qazandım. Daha sonra isə birinci yerlərə də layiq görüldüm. O zaman anladım ki, bu idman növü mənlikdir. Valideynlərim bununla məşğul olmağımı istəmirdilər. İnsanlarda belə bir fikir yaranıb ki, bu, sağlamlığa ziyandır.

Əvvəllər heç bir qlobal məqsədlərim yox idi. Təsəvvürümə belə gətirməzdim ki, nə vaxtsa çoxqat dünya çempionu ola bilərəm.

Bir vacib məqam da var. Pauerliftinqlə məşğul olan idmançı hansı dərəcədə olmasından asılı olmayaraq peşəkar sayılmır. Yəni bu, peşə deyi, biz bundan gəlir əldə etmirik. Sənin nəticələrin peşəkar səviyyədə olsa da, bu, əhəmiyyətli gəlir gətirən həvəskar idman növüdür.

Hazırda VITR Fitness-də məşqçi kimi çalışaraq qazanc əldə edirəm. Biz insana məqsədinə çatmaqda köməklik edə bilərik.  

İxtisasca bədən tərbiyəsi və gənclərin cağırışa qədərki hazırlığı üzrə müəlliməm. Buda mənə işləməyə imkan verir. İdman daha çox peşə seçimimə təsir edib.

- İdmanı atmaq istədiyiniz məqamlar olub?

- Gənc olanda daha çox məşq edirsən, lakin zamanla anlayırsan ki, həvəsindən qazanc əldə etmək olmur. Seçim etmək lazımdır. Pauerliftinq elə idman növüdür ki, bunu nə iləsə müqayisə etmək olmur. Məşqdən savayı da vacib aspektlər var. Bu, qidalanma, istirahət və bərpadır. Bunun üçün asudə zamanın çox olmalıdır. İş və pauerliftinq – əgər qarşıya yüksək nəticələr qoyulubsa, bu, bir-birinə uyğun deyil.

Elə məqamlar olub ki, idmanı atmaq istəmişəm. Lakin hər dəfə davam etmək üçün özümdə güc tapmışam.

- Məşqlər nə qədər zaman alır?

- Ən asan məşq belə 2 saat alır. Əsasən günaşırı məşq edirəm. Bəzən gündəlik məşqlər də olur. Bir məşq bütün gücünü alır. Bəzən bərpa üçün iki gün belə çatmır. İdmançı hiss edir ki, əzələlər ağrıyır, lakin hələ bərpa olmamısan.

- Əzələlərdə ağrı ilə bağlı yayılmış iki fikir var. Əgər əzələ ağrıyırsa deməli məşq yaxşı keçib. Və ya, əgər əzələ ağrıyırsa, deməli nəyisə düzgün etməmisən. Bunlardan hansı doğrudur?

- Hər şey ağrının necəliyindən asılıdır. Əgər ağrı diskomfort hiss vermirsə bu, normaldır. Ağrı olmasa əzələ şişə bilməz. Yox, əgər diskomfort hissi varsa, bunu beləcə saxlamaq olmaz. Mütəxxəsisə müraciət edərək səbəbi araşdırmaq lazımdır.

- İnsanlar idman zallarına nə üçün gəlir?

- Hazırda insanlar estetik-model qamətli olmaq istəyirlər. İnsanlar enli çiyinə, böyük qol əzələlərinin olmasına can atmırlar.

- Model kimi qamətli bədən quruluşuna necə nail olunur?

- Gözəl qamətli bədən quruluşuna sahib olmağın resepti – idmanla ciddi və həvəslə məşğul olmaqdadır. Əgər idmanla məşğul olmağa qərar vermisənsə bunu elə-belə deyil, dəqiq məqsədlər üçün etmək lazımdır. Həmçinin trenajor zalı ilə bağlı məlumat əldə etmək, yaxşı məşqçi seçmək lazımdır.

Qidalanma da vacib məqamlardan biridir. Bir çox insanlar ofislərdə çalışır, işə maşınla gedir. Heç bir fiziki aktivlik göstərmirlər. Bu, nəinki bədən quruluşunda, hətta insanın sağlamlığında da öz təsirini göstərir.

- Düzgün qidalanma nədir?

- Əgər söhbət peşəkar idmançı deyil, sadəcə idmanla məşğul olmaq istəyən adi insandan gedirsə, o zaman ilk növbədə hazır qidalardan uzaq durmalıdır. Bu, təkcə fast-fud deyil, ilkin emalı keçmiş bütün məhsullara da aiddir. Nümunə üçün, tez hazırlanan sıyıqlar. Hətta tez həll olunan kofelər belə ziyanlıdır. Həmçinin un məmulartları, yağlı yeməklər və şirniyyatdan uzaq durmaq lazımdır.

Qidalanmada təbii məhsullara üstünlük vermək lazımdır. Bu, ət, toyuq və balıqdır. Və yaxşı olar ki, yeməklər buxarda bişirilsin.

- Sağlam qidalanmaya riayət etmək sizinçün nə dərəcədə çətindir?

- 10 ildən çoxdur ki, idmanla məşğulam. Söylədiklərim internetdən olan məlumatlar deyil. Bütün bunları təcrübədən qazanmışam. Bəzən elə insanlar olub ki, tamamilə formasız görünüb. Biz ona kömək etmişim, məşq planı tərtib etmişik, qidalanmasını qaydaya salmışıq. Bu da öz nəticəsini göstərib.

Çoxları düşünür ki, dieta ac qalmaqdır. Bu, yalnış fikirdir. İnsan orqanizmi qidanı enerji olaraq paylayır, yağlar isə enerji mənbəyidir. Orqanizm yağları stress vəziyyətində yandırmağa başlayır. Əgər insan gündə bir dəfə qidalanarsa, orqanizm enerjini qoruyub saxlamağa çalışacaq.

Peşəkar pauerliftinqlə məşğul olanlarda qidalanma başqa cürdür. Bizim yüksək dərəcədə korbohidratlara ehtiyacımız olur. Lakin bu, ilkin emalını keçmiş məhsullar olmamalıdır.

- İdmanda əldə etdiyiniz ən yüksək nailiyyətiniz hansıdır?

- Hər bir medal yadda qalır. Belə ki, hər biri böyük zəhmət hesabına əldə edilib. Mən Avropa üzrə 5 qat və WPC-nin ən mötəbər versiyası üzrə dördqat dünya çempionuyam. Azərbaycandakı yarışların sayını-hesabını itirmişəm.

Digər idman növlərindən fərqli olaraq pauerliftinqdə idmançının nailiyyətləri onun qaldırdığı hər bir kiloqramla ölçülür. Bununlada idmançının reytinqi ölçülür.

- İndi idman sizinçün hansı əhəmiyyət kəsb edir və həyatınızı idmansız təsəvvür edə bilirsinizmi?

- Hər bir insanın həyat prioritetləri olmalıdır. Hazırda həyatımı idmansız təsəvvür edə bilmirmirəm. İdman hər şey olmasa da, çox əhəmiyyət kəsb edir. İnsan hərtəfəli inkişaf etməlidir. Bir idman növü ilə kifayətlənmək olmaz.

- İdmanda sizi nə motivasiya edir?

- Əldə etdiyim nəticələr motivasiyamdır. Əldə etdiyim nailiyyətlərdən kifayətlənməmişəm həmişə öz gücümdən yuxarı həfədlərə köklənmişəm.

- 2017-ci il sizinçün necə yadda qaldı?

- Böyük yarışlarda iştirak etməsəm də, ümumilikdə il normal yadda qaldı. Bunlardan, Naxçıvanda keçirilmiş, ümummilli lider Heydər Əliyevin 94 illiyinə həsr olunmuş turniri qeyd etmək istərdim. Mən sinədən dartınma üzrə mütləq çempion oldum.

Bu ilin başlıca nailiyyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aldığım mükafatdır. Buna çox sevindim. Bu, ölkə rəhbərliyinin idmanı olimpiya və ya qeyri-olimpiya növünə bölməməsinin bariz nümunəsidir. Dövlət yüksək nətiəcələr göstərən idmançıları həvəsləndirir.

Həmçinin bu il pauerliftinq üzrə əməkdar idman ustası adına da layiq görüldüm. Bütün bunlar daha çox motivasiya yaradır.

- Üçnövlülük üzrə hansı rekorda nail olmusunuz?

- Birqatlı təchizat üzrə rekordum 1020 kiloqramdır. Azərbaycanda 1000 kq-dan artıq qaldıran idmançılar çox azdır. Bunlaran biri şəxsi məşqçim Rüfət Ağayevdir. O, Azərbaycan pauerliftinqinin canlı əfsanəsidir. O, dünya üzrə çoxqat çempion və rekordçudur. O, 1150 kq qaldırıb.

- Nə üçün pauerliftinqdə təchizat və ya onsuz çıxışla bağlı çoxlu mübahisələr var?

- Pauerliftinqdə təchizat – boksçunun əlçəkləri kimidir. Təchizat ştanqı çiyində qaldırmaq və sinədən dartınma üçün xüsusi bint və geyimlərdir. Uğursuz idmançılara görə də mübahisələr çoxdur. Təchizat daha çox ustalığı tələb edir. Lakin seçim hər zaman idmançınındır – təchizatla və ya onsuz çıxış etmək. Mən istər təchizatla, istərsə də onsuz çıxış edirəm. Bunun əleyhinə və ya lehinə heç nə ola bilməz.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
3971

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər