Məşhur reper irqçi reklama görə H&M şirkəti ilə əməkdaşlığı dayandırdı – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur reper irqçi reklama görə H&M şirkəti ilə əməkdaşlığı dayandırdı – FOTO

15:38 - 10 / 01 / 2018
Məşhur reper irqçi reklama görə H&M şirkəti ilə əməkdaşlığı dayandırdı – FOTO

Daha çox The Weeknd kimi tanınan reper Abel Tesfaye İsveçin H&M şirkəti ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

1news.az-ın esquire.ru saytına istinadən verdiyi xəbərə görə, buna səbəb sözügedən şirkətin reklam kampaniyasında irqçiliyə yol verməsidir.

Məşhur reper Tvitter səhifəsində daha H&M-lə işləməyəcəyini yazıb:

“Səhər oyananda gördüyüm bu fotodan şoka düşdüm. Bu məni həddindən artıq incitdi. Daha H&M-lə işləməyəcəyəm”.

Qeyd edək ki, H&M-in reklam fotosunda üzərində “Cəngəlliyin ən möhtəşəm meymunu” yazısı olan paltar geyinmiş oğlan uşağı təsvir olunub. Eyni zamanda Avropa görünüşlü modelyerlər də pələng və zürafə ilə bağlı oxşar paltarları nümayiş etdiriblər.

Reklam ictimaiyyətin böyük narazılığına səbəb oldu. Nəticədə üzrxahlıq edən şirkət reklamı yığışdırmalı oldu.

1news.az

Paylaş:
1197

Son xəbərlər

Bütün xəbərlər