Tanınmış aşıq vəfat etdi

Tanınmış aşıq Vüqar Mahmudoğlu dünyasını dəyişib.
1news.az xəbər verir ki, o, bu gün səhər saatlarında müalicә aldığı Gömrük Hospitalında vəfat edib.
V.Mahmudoğlu bir neçə gün əvvəl infarkt keçirmişdir.
Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda doğulub. Şirvan aşıq sənətinin məşhur ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladıdır.
Allah rəhmət eləsin!
866