“Qəbələ” ilk sınağından heç-heçə ilə ayrıldı | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” ilk sınağından heç-heçə ilə ayrıldı

22:57 - 10 / 01 / 2018
“Qəbələ” ilk sınağından heç-heçə ilə ayrıldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

1news.az-ın məlumatına görə, mövsümün ikinci yarısına hazırlıq çərçivəsində keçirilən qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olub.

Roman Qriqorçukun komandası Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Yoxlama oyunu

10 yanvar

“Akhisar Bələdiyyəspor” (Türkiyə) – “Qəbələ” (Azərbaycan) - 1:1

Qollar: Serjinyo, 17 - Filip Ozobiç, 57

1news.az

Paylaş:
791

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər