Mübariz Əhmədoğlu ilin yekunları barədə: Sarkisyanın siyasəti daha ciddi itkilərin bünövrəsini qoydu | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu ilin yekunları barədə: Sarkisyanın siyasəti daha ciddi itkilərin bünövrəsini qoydu

12:18 - 10 / 01 / 2018
Mübariz Əhmədoğlu ilin yekunları barədə: Sarkisyanın siyasəti daha ciddi itkilərin bünövrəsini qoydu

Ermənistan üçün  RF-in daha çox təsiri altına düşməsi, süni “uğur yaratma” kompaniyası, Ağdərə faktorunun  yaranması ilə xarakterizə olunur.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2017-ci ildə Ermənistanın bütün vektorlar üzrə siyasətini aktivləşdirməsi onun Rusiyanın təsiri altına düşməsi prosesini daha sürətləndirdi. İranın qrantları hesabına tikilmiş Mehri və Aqarak şəhərlərinin qazpaylama şəbəkəsini RF-in havayı müsadirə etməsi RF-in təkcə İrana deyil, həm də ABŞ və Aİ-yə xəbərdarlığı idi:

“Hakim elita S.Sarkisyanın siyasətində süni “uğur yaratma” kompaniyası apardı. Dağlıq Qarabağ məsələsində uğur əldə etdiklərinə həm də müxalifət təmsilçiləri inanır. 2017-ci il Ermənistanın 2016–ci ildəki itkilərinin leqitimləşdirilməsi, Azərbaycanın işğalçılığa qarşı siyasi iradəsinin qətiləşməsi və maddiləşməsi, Ağdərə faktorunun yaranması ili oldu. S.Sarkisyanın siyasəti daha ciddi itkilərin bünövrəsini qoydu”.

Ermənistanda parlament seçkiləri keçirildiyini deyən politoloq bildirib ki, seçkinin nəticələrinə münasibət siyasiləşmiş münasibətdir:

“Aİ siyasi korrupsiya terminini gündəliyə gətirdi. Aİ, ATƏT, ABŞ və digər monitorinq aparan təşkilatlar səslərin alınmasına, əhaliyə zor tətbiq edilməsinə, administrativ resursların istifadəsinə dair təkzibolunmaz məlumatlara malik olduqlarını bildirdilər. Amma eyni zamanda seçkilərin xalqın rəyini ifadə etdiyini bəyan etdilər”.

Ermənistanın reytinqlərdə mövqeyi getdikcə zəiflədiyini, “Freedom House”un Ermənistan mətbuatını qeyri-azad ölkələr siyahısına saldığını deyən M.Əhmədoğlunun sözlərinə görə, rəsmi İrəvan intellektual mülkiyyətin mühafizəsinə görə 5, eləcə də mətbuat azadlığı indeksinə görə də 5 pillə geriləyib.

Politoloq Ermənistanın iqtisadi böhran məngənəsində çabaladığını konkret faktlarla göstərib:

“Şimal-Cənub” avtomobil yolunun tikintisinin 2 il yubanacağını hökumət etiraf etdi.

Ermənistanda adambaşına 2200 dollar dövlət borcu düşür.

“Ermənistan vətəndaşları müstəqillik gününü daha az həvəslə qeyd edirlər. Səbəb ölkədə ağır sosial və iqtisadi vəziyyətdir.

Hər milyon nəfərə düşən avtoqəzada ölənlərin sayına görə (114,7) Ermənistan dünyada 3-cü yerdədir.

Bankrot olunmuş “Nairit” zavodunun əmlakı satışa çıxarıldı.

Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyanın “Əgər Stiv Cobs Ermənistanda doğulsaydı, indi o taksi sürərdi”-fikrini daxili vəziyyətin ümumiləşdirilmiş formulu kimi qəbul etmək olar.

Rusiya, Qərb və İranın təsirlərinin Ermənistan üzərində çarpaz kəsişməsi dövrü başladı.

Ermənistanın müxtəlif dövlətlər və qurumlar arasında körpü olmaq ideyası açıq şəkildə rədd edilməsi başlandı.

RF Ermənistana qarşı siyasi prioritetlərini yeniləndirdi. Əsas aktiv Rusiyadakı imkanlı ermənilərdir. Onlar:

ı. Ermənistana investisiya qoymaq, iqtisadiyyatını dirçəltmək və dirçəlmiş iqtisadiyyatı RF-ə bağlamaq.

ıı. Ermənistana maraq göstərən iri dövlətlərin şirkətləri ilə əməkdaşlığa girmək və Ermənistan ərazisində birgə layihələr reallaşdırmaqla xarici dövlətlərin Ermənistanı monopoliyaya almasına imkan verməmək.

Rusiya və Ermənistanın rəsmilərinin, siyasi elitalarının bir-birindən qarşılıqlı narazı olduğunu deyən M.Əhmədoğlu Ermənistanın AİB-dən çıxması mövzusunun xeyli aktuallaşdığını söyləyib.

Xarici ölkələrdəki erməni diasporu müasir Rusiyanın gündəliyinə daxil oldu. Bu ilk olaraq özünü Latın Amerikası dövlətlərində göstərdi. RF və Ermənistan XİN-ləri Şimali Amerika ölkələri ilə əməkdaşlıq məsələləri üzrə məsləhətləşmələr apardı.

Gümrüdə Rusiya hərbi bazasında xidmət edən hərbçinin öldürülməsində İŞİD-in rolu bəlləndi.

Aİ və Ermənistan hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında müqaviləni imzaladılar. Bu müqavilə yaxın vaxtlarda vəziyyəti dəyişə bilməyəcək. Ermənistanın Rusiyadan alçaldıcı asılılığını azalda bilməyəcək.

Aİ-nin reallaşdırdığı layihələrin korrupsiyaya məruz qaldığı aşkarlandı.

ABŞ Ermənistanda aktivləşir. Aktivləşmə siyasi, iqtisadi və hərbi sahələri əhatə edir. Səfir R.Millz öz ölkəsinin Ermənistanın energetika sahəsinə 8 milyard dollar investisiya qoymaqla bağlı niyyətini açıqladı. Bu investisiyalar hətta nüvə energetika sahəsini də əhatə edə bilər.

ABŞ üç əsas hədəfə nail olmaq istəyir:

ı. Rusiyanın monopol mövqeyini zəiflətmək.

ıı. Ermənistanı Azərbaycanın imkanları hesabına indiki qiymətlərdən ucuz karbohidrogen məhsulları ilə təmin etmək.

ııı. Ermənistanda elektrik enerjisi istehsal edib Türkiyə, Azərbaycan və s. satmaq.

Səfir suveren qərarlar qəbul etmək üçün Ermənistan dövlətinə alətlər vermək niyyətində olduğunu bildirdi.

ABŞ prezidenti D.Tramp ilk dəfə olaraq 1915-ci il hadisələrinə münasibət bildirdi. D.Tramp B.Obamanın klişelərindən istifadə etdi. Amma Türkiyədə törədilən vəhşiliklər barədə ifadələr daha sərt idi.

ABŞ iş adamları üçün Ermənistan iqtisadiyyatına investisiya qoymaq ideyası maraqlı deyil.

“Erməni soyqırımı” məsələsi arxa plana keçdi. Rəsmi Yerevanın iki ümummilli məsələdə (“erməni soyqırımının” və Dağlıq Qarabağın tanınması) mübarizə aparmağa gücü çatmır. Dağlıq Qarabağ məsələsi Ermənistan üçün ən prioritetdir. Bu erməni xarakterinə uyğun haldır. “Erməni soyqırımı” nəzəri-ideoloji məsələdir və az pul cəlb edir. Dağlıq Qarabağ məsələsi konkret maddiliklə, ərazilərlə bağlıdır və daha çox maliyyə cəlb etməyə imkan verir. Ermənistan rəhbərliyi həmişə ideologiyanın deyil, maddiyatın yanında olublar.

VI Ermənistan-Diaspor forumu keçirildi.

“Diaspor Ermənistana inanmır. Ermənistan diasporda inamı itirib. Çünki diaspor Ermənistan haqqında həqiqəti bilir”, “Diasporda əksəriyyət Ermənistanda maraqlı deyil”, “Diaspor təhlükəyə çevrilir” fikirləri aktuallaşdı.

Xaricdə yaşayan ermənilərin cəmi 10%-i bu vaxtadək Ermənistanda olublar.

2017-ci ildə dünyada gərginlik və dövlətlərarası münasibətlərdə qeyri-müəyyənlik və ABŞ üçün təhdidlərin sayı artıb.

2017-ci il dünyada gərginlik və dövlətlərarası münasibətlərdə qeyri-müəyyənliyin artması ilə xarakterizə olunur. KXDR və Qətər ətrafında baş verənlər ABŞ üçün təhdidlərin sayını artdı.

D.Trampın ABŞ prezidenti olaraq ilk ili həm də ölkənin daxilində çaşqın vəziyyət yaradıb. Prezident D.Tramp seçki kampaniyasındakı namizəd D.Trampdan 180 dərəcə fərqli siyasət apardı. Seçki kampaniyası dövründə Rusiya ilə münasibətləri normallaşdırmağın tərəfdarı kimi çıxış edən D.Tramp, prezident kürsüsündə ABŞ-Rusiya münasibətlərini bütün tarix boyu ən minimuma endirdi. ABŞ-ın siyasi elitası Rusiyanı D.Trampı cəzalandırmaq vasitəsinə çevirdi.

ABŞ-ın Milli təhlükəsizlik strategiyası açıqlandı. Bu strategiyaya görə RF və ÇXR Amerikanın gücünə, təsirinə və maraqlarına təhlükə yaradırlar və Amerikanın təhlükəsizliyi və çiçəklənməsini dağıtmağa cəhdlər edirlər. Konsepsiyada RF- i ABŞ-ın Avropadakı müttəfiqlərinə olan inamını azaltmağa yönəlmiş tədbirlərdə və Gürcüstan və Ukraynaya təcavüzdə ittiham edilir. Konsepsiyaya görə RF region dövlətlərinin suverenliyini pozmağa hazır olduğunu nümayiş etdirir, qorxulu davranışı ilə qonşularını qorxutmaqda davam edir.

Çinə qarşı ABŞ-ın ən böyük iradı intellektual mülkiyyətin oğurlanması sahəsindədir.

ABŞ “güc vasitəsilə dünyada sülh qurmaq” doktorinasını əsaslandırdı.

D.Trampın qəbul etdiyi hərbi büdcə əvvəlki illərə nisbətən artaraq 692 milyard dollardır. Bunun 4,6 milyardı Rusiyanın təcavüzünün cilovlanmasına yönəlib.

ABŞ Avropanın Rusiya qazından asılılığını minimalaşdırmaq istiqamətində tədbirlər reallaşdırmaq niyyətindədir. ABŞ-ın fikrincə, Rusiyadan Avropaya qaz nəqlini dayandırmaq mümkün və arzuolunan deyil.

Koreya Xalq Demokratik Respublikası ABŞ üçün ən birbaşa təhlükəyə çevrildi.

KXDR-nın nüvə-raket fəaliyyəti mövzusunda ABŞ-la RF arasında bu müzakirələr intensivləşib. RF hər iki tərəfin razı olduğu halda ABŞ-la KXDR arasında vasitəçiliyini təklif etdi.

ABŞ KXDR-in bioloji silaha yiyələnməsindən də narahatdır.

ABŞ-ın Suriya üzrə siyasəti də paradoksal oldu. D.Tramp Suriyaya avia zərbələr endirdi. Namizəd D.Tramp B.Obamanın Suriyadakı müharibə siyasətini tənqid edirdi. Suriya prezidenti B.Əsədin prezidentliyinə münasibət də dəyişkən oldu; Gah B.Əsədi qəbul etmir, gah da Əsədlə tənzimlənmə prosesini sona çatdırmağın mümkünlüyünü bildirir.

Altı müsəlman ölkələrinin vətəndaşlarına ABŞ-a girişi yasaqlayan D.Tramp xaricə ilk səfərini Səudiyyə Ərəbistanına etdi. 110 milyard dollarlıq hərbi əməkdaşlıq müqaviləsini imzaladı. Bu bəşər tarixində bir dəfəyə imzalanmış ən böyük məbləğli müqavilədir. Səudiyyə Ərəbistanında antiİran bəyanatlar verdi.

ABŞ prezidenti D.Trampın səfirliyini Qüdsə keçirməklə bağlı qərarı beynəlxalq ajiotaj yaratdı. Fələstin-İsrail arasında qanlı toqquşmalar başlandı.

Vatikan bu qərarının əleyhinə çıxış etdi.

Heç bir Avropa dövləti ABŞ-ı dəstəkləmədi.

Qüds təkallahçı 3 dinin məskənidir. Qüdsü yəhudilərə aid etməklə ABŞ təkcə müsəlmanların deyil, həm də xristianların marağını inkar etdi.

ABŞ prezidenti D.Tramp Çin Xalq Respublikasına səfər etdi. Tramp ölkəsinin Çinlə uzun illər dostluğa və birgə işə kökləndiyini bildirdi. ÇXR-in sədri Si Tszipin kooperasiyanı ÇXR-lə ABŞ arasında qarşılıqlı fəaliyyətinin yeganə düzgün forması adlandırdı. İki ölkə arasında 253,4 milyard məbləğində 15 müqavilə imzalandı.

ABŞ RF-lə münasibətlərini mütəmadi olaraq gərginləşdirib. RF-in ABŞ ərazisindəki diplomatik mülkiyyətinin bir qisminə həbs qoyuldu. ABŞ və RF prezidentləri görüşsə də nəinki nəticə vermədi, hətta əks-effekt verdi.

ABŞ RF-ə qarşı sanksiyalarını kəmiyyət və keyfiyyət baxımından genişləndirdi. Bu iki fövqəldövlət bir-birinə qarşı hərbi güc nümayiş etdirməkdən də çəkinmədilər.

2017-ci ildə RF-in xarici siyasəti aktiv və geniş spektrli olub. Yaxın Şərq ən çox uğur qazandığı istiqamətdir.

Kürd faktorunun gözlənilmədən sıradan çıxması RF-i mürəkkəb vəziyyətə saldı. RF ABŞ qarşısında güzəştə getməli oldu. V.Putin D.Trampla imzaladığı müqavilədə iki öhdəlik götürdü:

ı. İranı və İrana bağlı qüvvələri Suriya ərazisindən çıxarmaq.

ıı. Cenevrə formatını Suriya tənzimlənməsi üçün yeganə legitim format kimi qəbul etdi. Bu RF-in Astana formatından imtinası deməkdir.

RF ABŞ-ın RƏMS-indən qorxur və öz sərhədlərinə yaxın ərazilərdən THAAD RƏMS-ləri yığışdırmağı tələb etdi. RF ABŞ-ın Alyaska ştatına yaxın beynəlxalq ərazilərində RF bombardmançıları uçuşlar keçirdi. Bu ABŞ-da ciddi narahat etdi.

Ukrayna və Gürcüstana müdafiə silahları satmaqla bağlı ABŞ-ın qərarı Rusiyada ciddi narahatlıq yaratdı

Suriya, Ukrayna, KXDR məsələləri ABŞ və RF prezidentləri və Xİ rəsmiləri arasında ən aktiv müzakirə mövzusu oldu. Suriya və KXDR -in nüvə-raket məsələsində bu iki fövqəldövlətin əməkdaşlıq imkanı yarandı.

ABŞ iki dəfə RF ərazisində terror hadisələri törətmək niyyətində olan qruplar barədə məlumat verdi. Nəticədə terror hadisəsinin qarşısı alındı.

RF-in ABŞ-dakı səfiri A.Antonov Kaliforniya ştatındakı Fort-Ross tarixi parkında Amerika hindularının Kaşaya-pomu qəbiləsinin rəhbəri ilə görüşüb, bu qəbilənin 200 il bundan əvvəl Rusiya imperiyasının protektoratlığına keçməsinə razılıq verməsinə dair xatirə medalını ona təqdim etdi.

1news.az

Paylaş:
549

Son xəbərlər

Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVA03 / 05 / 2024, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb03 / 05 / 2024, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ03 / 05 / 2024, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEO03 / 05 / 2024, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib03 / 05 / 2024, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıb03 / 05 / 2024, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilib03 / 05 / 2024, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİB03 / 05 / 2024, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verib03 / 05 / 2024, 16:18Ağdaşda 5 otaqlı ev yanıb03 / 05 / 2024, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıb03 / 05 / 2024, 15:49
Bütün xəbərlər