Tovuzda 400-dən çox meyvə ağacı naməlum şəraitdə məhv edilib – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda 400-dən çox meyvə ağacı naməlum şəraitdə məhv edilib – VİDEO

14:32 - 11 / 01 / 2018
Tovuzda 400-dən çox meyvə ağacı naməlum şəraitdə məhv edilib – VİDEO

Tovuz sakininin 4 il əvvəl saldığı meyvə bağı məhv edilib.

1news.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Cəlilli kəndində baş verib.

Naməlum şəxs və ya şəxslər gecə saatlarında kənd sakini Novruzəli Fərzəliyevin xurma bağına girərək meyvə ağaclarını gövdəsindən baltalayıb. Təsərrüfat sahibi bundan səhər saatlarında, ağaclara qulluq etmək üçün bağa girəndə xəbər tutub və 400-dən çox ağacın məhv edildiyini görüb.

62 yaşlı bağ sahibinin sözlərinə görə, ağaclara 4 ildir ki, qulluq edirmiş və növbəti mövsüm bar verəcəkdi. Təkcə xurma tinglərinin alınmasına 2 min manat vəsait xərcləyib.

Artıq məsələnin araşdırılması ilə rayon polisi məşğuldur. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər