Rəqqaslarımız beynəlxalq müsabiqədə birinci yeri tutublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəqqaslarımız beynəlxalq müsabiqədə birinci yeri tutublar

19:52 - 11 / 01 / 2018
Rəqqaslarımız beynəlxalq müsabiqədə birinci yeri tutublar

Moskvada “Rojdestvenskiye zvyozdı” (“Milad ulduzları”) adlı beynəlxalq festival-müsabiqə keçirilib. Azərbaycanı təmsil edən, 20 illik fasilədən sonra fəaliyyəti bərpa olunmuş “Cücələrim” uşaq ansamblı özünün əfsanəvi ustalığını bir daha təsdiq edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Jizn qorodov” (“Şəhərlərin həyatı”) Festival Komitəsinin dəvəti ilə Azərbaycan Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı Rusiyanın əsas Yeni il festivalında - yanvarın 5-dən 9-dək Moskvada, “Kosmos” Böyük Konsert Salonunda keçirilmiş “Rojdestvenskiye zvyozdı-2018” XVII illik beynəlxalq uşaq yaradıcılıq forumunda və festival-müsabiqədə iştirak edib.

Müxtəlif ölkələri təmsil edən yaradıcılıq kollektivlərini birləşdirən bu möhtəşəm beynəlxalq tədbirdə Azərbaycan kollektivi “Xoreoqrafiya – milli rəqslər” nominasiyasında çıxış edib və birinci yeri tutub. Müsabiqə üçün bəstəkar Tofiq Quliyevin “Qaytağı süitası” adlı musiqisi əsasında hazırlanmış kompozisiya təqdim edilib. Qaliblər festivalın müsabiqə diplomları və kubok ilə təltif edilib.

Azərbaycan Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblının direktoru Firuzə Sultanzadə təbrik nitqində deyib: “Bu qələbəyə görə “Cücələrim” ansamblının üzvlərinə və pedaqoq-xoreoqraflarına ürəkdən təşəkkür edirəm. Bizim uşaqların müxtəlif festivallara tez-tez getmələri və həmin tədbirlərdə iştirak etmələri üçün nə mümkündürsə edəcəyik. Bizim gözəl və istedadlı gənclərimiz var”.

Festival iştirakçıları üçün geniş mədəni proqram hazırlanıb. Onlar Kremldə Rusiyanın əsas yolkası ətrafında toplaşıb, Böyük Milad balında, sirkdə, Moskva zooparkında olub, Rusiya paytaxtının görməli yerlərinə tamaşa ediblər.

Nümayəndə heyəti Azərbaycanın Rusiyadakı səfirliyində də olublar. Səfirlikdə uşaqlar üçün xüsusi proqram hazırlanıb.

Festivalın təşkilatçısı – “Şəhərlərin həyatı” festival komitəsi UNESCO-nun “Gənc şəhərlərin mədəniyyəti” beynəlxalq konfransının Moskva müdiriyyəti bazasında, Moskvanın mədəniyyət departamentinin və Moskva Həmkarlar İttifaqları Federasiyasının himayəsi altında keçirilib.

“Rojdestvenskiye zvyozdı” festival-müsabiqəsinin məqsədi Rusiyanın müxtəlif şəhərlərindən və xarici ölkələrindən olan uşaqların yaradıcılıq nailiyyətlərinin mübadiləsinə, onların ünsiyyətinə kömək etmək və müvafiq janrda ən yaxşı kollektiv müsabiqəsində iştirakını təmin etməkdir. Festival çərçivəsində uşaqlar üçün Moskvada unudulmaz bayram təşkil olunur, incəsənətin müxtəlif janrlarının gözəlliyini və bənzərsizliyi nümayiş etdirilir, çoxmillətli Rusiyanın və xarici ölkələrin uşaqlarının yaradıcılığı ilə tanışlıq təmin olunur.

Festival tədbirləri uşaq kollektivlərinin ifaçılıq mədəniyyətini və ustalığını artırmağa, uşaq yaradıcılığını inkişaf etdirməyə və onun təbliğinə, gənc istedadların yaradıcılıq imkanlarının dəstəklənməsinə və reallaşdırılmasına yönəlib. Builki festivalda 2500-dən çox iştirakçı akreditə edilib. Festivalın münsiflər heyətinə Böyük Teatrın aparıcı solistləri, tanınmış mədəniyyət xadimləri, Rusiya estrada ulduzları daxil idi.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02
Bütün xəbərlər