Rafael Ağayevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş seminar keçirilib – FOTO | 1news.az | Xəbərlər
İdman

Rafael Ağayevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş seminar keçirilib – FOTO

17:40 - 13 / 01 / 2018
Rafael Ağayevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş seminar keçirilib – FOTO

Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” karate klubu, dünya şöhrətli idmançı Rafael Ağayevin Azərbaycanda ilk beynəlxalq seminarını təşkil edib.

5 qat dünya və 10 dəfə avropa çempionu R.Ağayevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş seminarda bir neçə ölkədən 100-dən artıq azyaşlı uşaq və yeniyetmə karateçi iştirak edib.

1news.az-a Federasiyadan verilən xəbərə görə, Rusiya, İran, Özbəkistan və İsrail və Azərbaycanın müxtəlif şəhər və regionlarından olan idmançılar, hər zaman olduğu kimi bu dəfə də dünya karate ulduzunun bacarıqlarını böyük həvəslə mənimsəyiblər.

Uzun illərdir ki, dünyanın onlarla ölkəsində seminalar keçirən R.Ağayev ilk dəfə Azərbaycanda belə bir əhəmiyyətli tədbirin təşkil edilməsindən çox məmnun olduğunu və məhz 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmasının öz idman karyerasında ən yaddaqalan məqamlardan biri kimi dəyərləndirib.

Seminarın sonunda Azərbaycan Mili Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və “Arpaçay” karate klubunun rəhbəri Yavər Hüseynov, tədbir iştirakçılarının dünyanın ən titullu karateçisi Rafael Ağayevin təcrübəsindən gələcək yarışlarda yararlanacağına əmin olduqlarını bildirərək, onlara uğrular arzulayıblar.

Sonda seminar iştirakçılarına sertfikatlar təqdim olunub.

S.Xankişiyeva

 

 

Paylaş:
1309

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər