Yol polisinin “BMW”-ləri satışa çıxarıldı  | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yol polisinin “BMW”-ləri satışa çıxarıldı 

17:01 - 15 / 01 / 2018
Yol polisinin “BMW”-ləri satışa çıxarıldı 

Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 13-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.

Komitədən 1news.az-a verilən məlumata görə, qeyri-yaşayış sahələri ilə yanaşı dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri də hərraca çıxarılacaq.

Hərraca çıxarılan avtomobillər arasında Daxili İşlər Nazirliyinin tabeliyində olan “BMW-320” markalı avtomobilləri də var.

Komitənin dərc etdiyi siyahıda 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdan başlayır.

DİN-nin tabeliyində olan və satışa çıxarılan “BMW-320” markalı avtomobillərin sayı 7-dir. Hərrac fevralın 13-də keçiriləcək.

Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

1news.az

Paylaş:
1965

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər