Rəşad Sadıqov qələbə ilə başladı | 1news.az | Xəbərlər
Futbol

Rəşad Sadıqov qələbə ilə başladı

21:45 - 16 / 01 / 2018
Rəşad Sadıqov qələbə ilə başladı

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Rəşad Sadıqovun başçılıq etdiyi komanda “Alanyaspor”un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb.

Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarını Nicat Süleymanov (43-cü dəqiqə), Elnur Cəfərov (44-cü dəqiqə) və  Ülvi İsgəndərov (70-ci dəqiqə) vurub.

Qeyd edək ki, yığmamız Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub.

1news.az

Paylaş:
783

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər