Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,25 dollar ucuzlaşaraq 70,01 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar bahalaşaraq 64,53 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar bahalaşaraq 71,63 dollar olub.
1news.az
675