Meksika və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə edib

17:07 - 17 / 01 / 2018
Meksika və Azərbaycan təhsil sahəsində əməkdaşlığı müzakirə edib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramovla görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, görüşdə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tərəflər keçən ilin oktyabr ayında imzalanmış təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökümətlərarası sazişin hər iki ölkə arasında qeyd olunan sahələr üzrə əlaqələrin inkişafına töhfəsini vurğulayıblar.

Xüsusilə turizm və energetika sektorları ilə bağlı öyrənilən sahələrdə qarşılıqlı marağı şərh edərək səfir Labardini qeyd edib ki, bu günə kimi Meksika ilə Azərbaycanın müxtəlif universitetləri arasında əməkdaşlıq əlaqələri artıq qurulmuşdur. Bu baxımdan, təhsil və peşə tərcübələrinin mübadiləsi hər iki tərəfin xeyrinədir.

Bundan əlavə, beynəlxalq tədbirlər çərçivəsində təhsil sektorunun təmsilçiləri arasında mümkün görüş, eyni zamanda, Meksika ilə Azərbaycanda xarici tələbələrə təqdim olunan müxtəlif imkanlar haqqında danışılıb.

Səfir Labardini, öz növbəsində, Meksikada təhsilin yeniliklərinə diqqət yetirib və hazırkı təhsil islahatının məqsədləri haqqında məlumat verib. Eyni zamanda ölkəsində təqaüd proqramlarına aid bəzi məsələlərə aydınlıq gətirib. Qeyd edib ki, Meksika təhsil islahatı sayəsində savadlılığın inkişafına mane olan elementlərin aradan qaldırılması mümkün oldu. Bununla da, bu gün Meksikada 900 min tələbə texnologiya sahəsi üzrə ali təhsil almaqdadır.

Görüşün sonunda hər iki tərəf təhsil sektorunda əməkdaşlığın gücləndirilməsini davam etdirməyə dair istəklərini ifadə ediblər.

P.Sultanova

Paylaş:
573

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər