Mustafa Dənizli Azərbaycan klubunun baş məşqçisi oldu | 1news.az | Xəbərlər
Futbol

Mustafa Dənizli Azərbaycan klubunun baş məşqçisi oldu

18:10 - 17 / 01 / 2018
Mustafa Dənizli Azərbaycan klubunun baş məşqçisi oldu

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli Cənubi Azərbaycanın “Traktor Sazi” klubunun baş məşqçisi təyin edilib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə İran mətbuatı məlumat yayıb.

68 yaşlı mütəxəssis Təbriz klubu ilə mövsümün sonunadək müqavilə bağlayıb. Təcrübəli çalışdırcının altı aylıq əməkhaqqı 400 min dollar olacaq.

Qeyd edək ki, Təbriz klubu cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Asiya Çempionlar Liqasında mübarizə aparan komanda İran çempionatında 21 xalla XI pillədə qərarlaşıb. 

Xatırladaq ki, Mustafa Dənizli 2013/2014 mövsümündə “Xəzər Lənkəran”ın “sükanı arxasında” olub. O, İranda “Pas” və “Perspolis” klublarını da çalışdırıb.

1news.az

Paylaş:
918

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər