Azərbaycan klubu “lipa” oyunçuya görə cəzalandırıldı | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan klubu “lipa” oyunçuya görə cəzalandırıldı

18:28 - 17 / 01 / 2018
Azərbaycan klubu “lipa” oyunçuya görə cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda Azərbaycan birinciliyinin İkinci Liqası ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, bu il yanvarın 14-də futzal üzrə Azərbaycan birinciliyinin İkinci Liqasında “Avanqart” – “Baku Fire-2” oyunun 44-cü dəqiqəsində “Avanqart” klubunun 7 №-li futbolçusu Rufin Sarıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı, oyunun 49-cu dəqiqəsində isə “Baku Fire-2” klubunun 4 №-li futbolçusu Fərrux Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Bundan başqa həmin gün keçirilən “Gənclik” – “Baker Hughes” matçında “Baker Hughes” klubunun heyətində lisenziyası olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

1news.az

Paylaş:
726

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər