Paraqvaylı yarımmüdafiəçi rəsmən “Neftçi”də
Bakının “Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.
1news.az-ın kluba istinadən verdiyi xəbərə görə, bakılılar qış fasiləsində ilk əcnəbi transferini gerçəkləşdiriblər.
Belə ki, Aqil Məmmədov, İlkin Qırtımov və Fərid Abbaslıdan sonra “Serro Portenyo”nu paraqvaylı yarımmüdafiəçisi Fransisko Xavyer Qarsiya “Neftçi” ilə münasibətləri rəsmiləşdirib.
Hücumameyilli futbolçu yeni komandası ilə bir illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın “Serro Portenyo”, “İndependiente”, “Sportivo Lukeno”, “Deportivo Kapiata”, “Nasional” və Kolumbiyanın “Atletiko Huila” klublarında çıxış edib.
1news.az
673