Millimiz ilin ilk reytinq siyahısında gerilədi | 1news.az | Xəbərlər
Futbol

Millimiz ilin ilk reytinq siyahısında gerilədi

16:00 - 18 / 01 / 2018
Millimiz ilin ilk reytinq siyahısında gerilədi

Bu gün FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, 2018-ci ilin ilk cədvəlində dünyanın 211 komandası yer alıb.

Cüzi dəyişikliklərin baş verdiyi siyahı ölkəmiz üçün düşərli olmayıb. Belə ki, aktivində 281 xal olan millimiz bir pillə geriləyərək 118-ci olub.

Qeyd edək ki, ilk onluqda heç bir dəyişiklik baş verməyib. Siyahıya Almaniya başçılıq edir. Sonrakı sıralarda Braziliya, Portuqaliya, Argentina, Belçika, İspaniya, Polşa, İsveçrə, Fransa və Çili qərarlaşıb.

Qardaş Türkiyə millisi isə bir pillə irəliləyərək 41-ci sıraya yüksəlib.

1news.az

Paylaş:
858

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər