AZAL-dan qış aksiyası: İstanbul və Kiyev aviabiletlərinə endirimlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL-dan qış aksiyası: İstanbul və Kiyev aviabiletlərinə endirimlər

17:18 - 18 / 01 / 2018
AZAL-dan qış aksiyası: İstanbul və Kiyev aviabiletlərinə endirimlər

"Azərbaycan Hava Yolları" (AZAL) qış aksiyası çərçivəsində xüsusi endirimlər elan edir.

Bu barədə 1news.az-a  “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

2018-ci il yanvarın 18-dən fevralın 28-dək olan dövr ərzində aşağıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti:

 

 

Bakı-İstanbul-Bakı – 159 avro

İstanbul-Bakı- İstanbul – 179 USD

Bakı-Kiyev-Bakı – 169 avro

Kiyev-Bakı-Kiyev – 199 USD

Qiymətə bütün rüsum və yığımlar daxildir. Uçuş dövrü: 2018-ci il yanvarın 21-dən martın 3-dək.

Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-dək 1 yer), əl yükü (10 kiloqrama qədər, ölçüləri 55*40*23 sm) və təyyarə göyərtəsində isti yemək daxildir.

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı linkdə  onlayn qeydiyyatdan keçə bilər. http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

1news.az

 

Paylaş:
710

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər