Çat və əziklərə son: smartfonlar üçün yeni material yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Çat və əziklərə son: smartfonlar üçün yeni material yaradılıb

18:34 - 18 / 01 / 2018
Çat və əziklərə son: smartfonlar üçün yeni material yaradılıb

Mobil bazar investor və müxtəlif tədqiqat şirkətləri üçün çox cəlbedicidir, ona görə ən qabaqcıl texnologiyalar məhz bu seqmentdə meydana çıxır.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, bu günlərdə Koreya Elmi Tədqiqat İnstitutunda işləyən alimlər smartfonlar üçün özü bərpa olunan material yaradıblar.

Bu material “Elastomer” adlandırılıb. İstehsalçı əmin edir ki, bu materialdan istifadə zamanı qurğunun korpusundakı çat və əziklər 30 dəqiqə ərzində yoxa çıxacaq. Bərpa prosesi otaq temperaturunda baş verir.

1news.az

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər