Şamaxıda çoban azyaşlı uşaqlarının gözü qarşısında qətlə yetirildi

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Natiq Binyətov Zaur Hacıyevi həyat yoldaşının və 4 azyaşlı uşağının gözü qarşısında güllələyib.
Hadisə zamanı Zaur Hacıyevin həyat yoldaşı Dürdanə Haclıyeva da əlindən, qolundan və ayağından güllə yaraları alıb.
Qətli törədən və qətlə yetirilən şəxs Acıdərə kəndinin ərazisində yerləşən qonşu fermaların çobanlarıdır.
İnsidentə mal-qara oğurluğuna görə yaranan mübahisənin səbəb olduğu bildirilir.
S.Xankişiyeva
633