“Ölümə qaçış”: Sürücü avtobusdan düşən piyadanı vurur  – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ölümə qaçış”: Sürücü avtobusdan düşən piyadanı vurur  – FOTO – VİDEO

12:52 - 19 / 01 / 2018
“Ölümə qaçış”: Sürücü avtobusdan düşən piyadanı vurur  – FOTO – VİDEO

Bakının Nərimanov rayonu, Ziya Bünyadov küçəsində baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Belə ki, Tofas markalı avtomobili idarə edən Hüseyn Məmmədov Rasim Abdullayevi yol keçərkən vurub.

1news.az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə baş vermiş qəzanın video-görüntüləri yayılıb.

Videodan görünür ki, piyada avtobusdan düşərək yüksək sürət həddi olan yolu qaçaraq keçmək istəyir. Lakin aldığı ağır xəsarətlərdən piyada yerindəcə keçinib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən qaçmayıb.

S.Xankişiyeva

Paylaş:
1181

Son xəbərlər

Bütün xəbərlər