20 Yanvara görə 27 ildir doğum günü qeyd etməyən bəstəkar | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvara görə 27 ildir doğum günü qeyd etməyən bəstəkar

18:43 - 20 / 01 / 2018
20 Yanvara görə 27 ildir doğum günü qeyd etməyən bəstəkar

Bu gün tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin doğum günüdür.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bir müddətdir xəstəxanada olan sənətkarın 72 yaşı tamam olur. Tahir Əkbər artıq 27 ildir 20 yanvar hadisələrinə görə doğum gününü qeyd etmir.

Bu barədə bəstəkarın qızı Bəhriyə sosial media hesabında yazıb:

"Ata, 20 yanvar sənin günündür. Səni həyatda həmişə gülərüz görmək istəyirəm. Ayaq üstdə duran günü isə ikinci ad günün olacaq ümidilə gözləyirəm, ata. Çünki sən 27 ildir ad gününü qeyd etmirsən. Sənə həyatda ən gözəl nemət olan can sağlığı arzu edirəm”.

Qeyd edək ki, Tahir Əkbərin müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

S.Xankişiyeva

 

 

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər