Bakının mərkəzində yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib.
F.Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyü yanıb.
Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub.
Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
10.08
Bakıda yaşayış binasında yanğın davam edir.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.
Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.
Sakinlər binadan təxliyə olunub.
S.Xankişiyeva