Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

16:25 - 22 / 01 / 2018
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Çin Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb.

Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola düşüb. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi ilə Avropaya yük daşımalı olan qatar Qazaxıstanın limanında dayanacaq. Daha sonra yüklər dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq.

Qeyd edək ki, marşrutun ümumi uzunluğu 4186 kilometrdir. Çindən Avropaya yüklərin 8 günə çatdırılması nəzərdə tutulub. Bu il Urumçidən Avropaya 1400 yük konteynerinin yola salınması planlaşdırılır. “Şərq-Qərb” nəqliyyat dəhlizi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Çindən Avropaya və əks istiqamətdə yüklərin tədarükü üçün nəzərdə tutulub.

S.Xankişiyeva

 

Paylaş:
686

Son xəbərlər

Bütün xəbərlər