Faiq Ağayev 20 Yanvar günü çıxış edən azərbaycanlı modeli utandırıb – FOTO
Xalq artisti Faiq Ağayev Türkiyənin Star televiziyasında yayımlanan Zühal Topalla izdivaç verilişində qalmaqalları ilə məşhurlaşan Naz Milanı sərt tənqid edib.
Belə ki, Nazın İstanbul klublarından birində 20 Yanvar – Ümumxalq Hüzn Günündə didcey olaraq çıxış edəcəyi, hətta Instagram səhifəsində bu barədə paylaşım etməsi Xalq artistini hiddətləndirib.
Xalq artisti Facebook səhifəsində qeyd edib ki, belə manqurtluğa yol verənlər 20 Yanvar dəhşətini formal qəbul etməyə başlayıblar:
“Hansı mühitdə böyüyüb 1-ci fotodakı bu şəxs? Nə yeyib, nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, digəri də ki - belə... Formal qəbul etməyə başlayıblar 20 Yanvar dəhşətini. Elə bil olmayıb heç bu zülm. Faciədir!”
Azərbaycanlı müğənni Yanvar Faciəsi günü konsert verib – VİDEO
S.Xankişiyeva