Neftin qiyməti artır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti artır

10:34 - 23 / 01 / 2018
Neftin qiyməti artır

Dünya birjalarında neftin qiyməti yenidən artmağa başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 69,38 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 63,94 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar bahalaşaraq 70,94 dollar olub.

1news.az

Paylaş:
214

Son xəbərlər

Bütün xəbərlər