Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır – FOTO

10:02 - 24 / 01 / 2018
Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Malayziyanın Petronas şirkətinin Azərbaycan nümayəndəliyinin Biznesin inkişafı, planlama və risklərin idarə edilməsinin rəhbəri, direktor müavini Rəşad Məmmədov və Korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva ilə görüşüb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, rektor görüş zamanı qonaqlara Ali Məktəbin fəaliyyəti, tələbələri, onların yüksək statistik göstəriciləri haqda məlumatlandırıb və BANM-ın neft sektorunda əməkdaşlıq etdiyi şirkətlər və onlarla əməkdaşlıq istiqamətlərindən danışıb.

Rəşad Məmmədov Petronas Azərbaycan şirkətinin BANM-ın tələbələrinə böyük marağı olduğunu bildirərək, iki müəssisə arasında əməkdaşlığın zəruri olduğunu deyib. Məhz bu istiqamətdən çıxış edərək, o görüş zamanı BANM-ın tələbələrini “Bugünün öyrənənləri, sabahın liderləri” şüarı altında Petronas Təhsil Sponsorluq Proqramına cəlb etmək niyyətində olduğunu bildirib. R.Məmmədovun sözlərinə görə bu proqram vasitəsilə Ali Məktəbin bir neçə tələbəsinin Malayziyada Petronas Texniki Universitetində 4 illik bakalavr təhsilinin təşkil və təmin olunması həyata keçiriləcək. Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Neft-qaz geologiyası ixtisasları üzrə bakalavr təhsili almaq şansı əldə edəcək tələbələr əvvəlcədən müəyyən edilmiş xüsusi kriteriyalar əsasında  Petronas Azərbaycan şirkəti  tərəfindən seçiləcəklər.

Tərəflər görüş zamanı həmçinin gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə ediblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

S.Xankişiyeva

Paylaş:
590

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər