Fuad Ələsgərov və Zakir Həsənov cəbhədə yerləşən hərbi hissələrdə olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.
Məlumata görə, səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.
1news.az
1783