Nazirlər Kabineti sürüşmə zonasından çıxarılan ailələrə kirayə pulu ödənilməsinə qərar verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabineti sürüşmə zonasından çıxarılan ailələrə kirayə pulu ödənilməsinə qərar verib

16:22 - 25 / 01 / 2018
Nazirlər Kabineti sürüşmə zonasından çıxarılan ailələrə kirayə pulu ödənilməsinə qərar verib

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, məktəbdə müvəqqəti yerləşdirilən 68 sakinlə görüş keçirib.

İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb. Qeyd edilib ki, ərazidə araşdırma aparam mütəxəssislər həmin dağ yamacının  altında iki yeraltı çayın axdığını müəyyən ediblər. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi, eləcədə yağıntıların səviyyəsinin artması sürüşməyə səbəb olan amillərdəndir.

Görüşdə bildirilib ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olduqdan sonra çıxarılan rəyə uyğun tədbirlər görüləcək. Əgər ərazidə təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya verilərək ərazidən köçürülmə məsələlərinə baxılacaq.

S.Xankişiyeva

 

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər