Azərbaycan neftinin qiyməti 72 dollar/barreli keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 72 dollar/barreli keçib

10:57 - 26 / 01 / 2018
Azərbaycan neftinin qiyməti 72 dollar/barreli keçib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 70,20 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar azalaraq 65,36 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,77 dollar bahalaşaraq 72,18 dollar olub.

1news.az

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər