Berlinin 29 yaşlı cazibədar azərbaycanlı polis komissarı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Berlinin 29 yaşlı cazibədar azərbaycanlı polis komissarı – FOTO

12:23 - 26 / 01 / 2018
Berlinin 29 yaşlı cazibədar azərbaycanlı polis komissarı – FOTO

Almaniyanın “Bild” onlayn dərgisində Berlinin Noyköln rayonunda polis komissarı olan azərbaycanlı miqrant Lana haqqında məqalə dərc olunub.

“15 yaşında almanca danışa bilmirdi, indi isə polis komissarıdır”, - deyə məqalədə bildirilir. 

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, məqalədə Lana miqrantların alman cəmiyyətinə uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi kimi göstərilir.

“15 yaşım olanda anamla Berlinə köçmüşəm, almanca bir kəlmə bilmirdim, salamlaşa da bilmirdim”, - deyə Lana Bz-berlin.de saytına verdiyi müsahibədə bildirib. Hazırda qadının alman dilində səlis və ləhcəsiz danışdığı qeyd olunur.

Lana qeyd edir ki, məktəbdə oxuduğu illərdə sinif yoldaşları onu məsxərəyə qoyub:

“Bütün gün ağlayırdım, ancaq ailəsini dolandırmaq üçün Bakıda işləyən və bura yalnız altı il sonra köçmüş atamı heç vaxt unutmurdum”.

Orta məktəbdə tədrislə bağlı təəssüratını bölüşən Lana həmin dönəmin əsl “mübarizə”  olduğunu deyib:

“Mənim heç vaxt dostlara ayırmağa vaxtım olmasa da, nə istədiyimi qəti şəkildə bilirdim. Dünyada nələrisə yaxşılığa doğru dəyişmək üçün polis olmağı arzulayırdım”, – deyə Lana bildirib.

Arzularının ardınca düşən Lana Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub, polis xidməti fakültəsində oxuyub, diplom işinin mövzusu “Berlin polisində olan miqrantlar: motivasiya və əngəllər” olub.

Bz-berlin.de qeyd edir ki, Lana miqrantların cəmiyyətə uğurlu inteqrasiyasının ən baris nümunəsidir.

Hazırda Lana polis komissarıdır və artıq iki ildir ki, Berlinin Noyköln rayonunda təhlükəsizliyə nəzarət edir. Rus, türk, ingilis və fransız dillərini bilməsi ona fəaliyyətində çox faydalı olur.

İş yerinə gəlincə, Lana özünü ciddi apardığını görə heç kimin onu məsxərəyə qoymadığını və ya rişxənd etmədiyini bildirib.

“Mən gülümsəmirəm”, - deyə Lana xətrinə dəyən istənilən şəxsə cavab verməyə qadir olduğunu bildirib.

“Azərbaycanda mənim yaşımda olan bütün xanımlar artıq çoxdan ərə gedib və uşaqları var.  Mən isə subayam, evlənmək istəyib-istəmədiyimi dəqiq bilmirəm. Həyat indiki zamandır və bu gün mən xoşbəxtəm”.

1news.az

Paylaş:
1194

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər