Cəlilabadda oğurluq edən şəxslər “iş başında” yaxalanıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda oğurluq edən şəxslər “iş başında” yaxalanıblar

18:22 - 27 / 01 / 2018
Cəlilabadda oğurluq edən şəxslər “iş başında” yaxalanıblar

Cəlilabadda ötən ilin sonunda mağazadan oğurluq edən şəxslər yanvarın 26-da yenə həmin obyektdə eyni cinayət əməlini təkrar törədərkən yaxalanıblar.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, 2017-ci il dekabrın 26-da Cəlilabad şəhəri ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Araşdırmalarla həmin mağazadan ümumilikdə 20 mobil telefon, 2 kompüter monitoru, 4 ətçəkən maşın və 1 istilik radiatorunun oğurlandığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində yanvarın 26-na keçən gecə həmin mağazadan təkrar oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən elə cinayət başında yaxalanıblar.

Oğurladıqları mallarla birgə saxlanılaraq polıs şöbəsınə gətirilən həmin şəxslərin Günəşli kənd sakinləri Raul Quliyev, İsmayıl Quliyev və Murad Əhmədov olduqları məlum olub. Onların mağazadan oğurladıqları 4 ədəd ətçəkən maşın, 1 şirəçəkən, 1 DVD, 3 mobil telefon, 1 televizor, 3 fotoaparat, 1 kompüter monitoru maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər və maddi sübutlar istintaqa təhvil verilib.

S.Xankişiyeva

 

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər