Niderlandda Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Niderlandda Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub – FOTO

18:37 - 27 / 01 / 2018
Niderlandda Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub – FOTO

Niderlandın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə basqın olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın bildirib ki, hadisə ötən gecə baş verib.

Dərnəyə basqın edən şəxslər ofisin pəncərələrini qırıblar.

İ.Aşkın qeyd edib ki, kamera görüntülərinə görə, ofisə basqın edən 4 nəfər olub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda araşdırma aparılır.

Diaspor rəhbəri həmçinin bildirib ki, Afrin əməliyyatından sonra Niderlandda türk millətindən olan şəxslərə və onların məscidlərinə ardıcıl hücumlar olur.

S.Xankişiyeva

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər