Ermənilər dolmaya görə məşhur kulinarın “Facebook” səhifəsini bağlatdırdılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər dolmaya görə məşhur kulinarın “Facebook” səhifəsini bağlatdırdılar

13:38 - 29 / 01 / 2018
Ermənilər dolmaya görə məşhur kulinarın “Facebook” səhifəsini bağlatdırdılar

Məşhur bloqer və kulinar Stalik Xankişiyevin “Facebook” hesabı dolma haqqında mübahisələrdən sonra 30 gün müddətinə bağlanıb. O, Ermənistandan olan aşpaza dolmanın ermənilərin milli yeməyi olmadığını izah etməyə çalışsa da, aşpazın dostları sosial şəbəkə administrasiyasına “böhtan” dolu yazılarla şikayətlər göndərib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Stalik Xankişiyev öz bloqunda yazıb.

Həmin yazıdan çıxarışları təqdim edirik.

“Mənim dərc etdiyim polemik məqalələrdə heç bir millətçilik ünsürü, ədavətə təhriketmə, erməni xalqına qarşı nifrətə çağırış olmayıb. Sadəcə, erməni kulinarları bizim bir çox regional və milli yeməklərimizin, xüsusilə dolmanın mənşəyi ilə bağlı müzakirələrə çağıran polemik məqalələr olub. Son vaxtlar Rusiya kütləvi informasiya vasitələrinə tez-tez müsahibə verən, bir çox yeməklərin mənşəyi barədə Rusiya cəmiyyətinə yalan məlumatlar ötürən, yalan danışan və təxəyyülünü işə salan konkret bir şəxsə müraciət edirdim. Diskusiyalara ünvanıma təhqirlər, təhdidlər, hansısa homoseksual uydurmalar yağdıran bəzi vazelinli, ya vazelinsiz dostları da qoşuldu”, – deyə Xankişiyev bildirib.

Stalik Xankişiyev bildirib ki, erməni aşpaz diskusiya təklifini rədd edərək, başmaqçının başmaqdan başqa şey haqqında danışmağa haqqı olmadığını söylədi, tarixdən isə anlayışı yoxdur.

“Müsahibə verə bilir, ancaq diskusiya apara bilmir. Ona görə də, müzakirə nəticə etibarilə baş tutmadı. Ancaq görünən odur ki, bu məqalələr quşu gözündən vurub və ona görə də bundan qəzəblənib “Facebook”a məqalələrimdən şikayətlər yağdırıblar. Əslində, bunu heç şikayət də adlandırmaq olmaz, sadəcə, şər-böhtandan ibarət donoslardır. O halda şikayət adlandırmaq olar ki, mən, həqiqətən, hansısa qaydaları pozam. Habelə mənim “Facebook”da dərc etdiyim məqalələrdə sosial şəbəkənin heç bir qaydası, eləcə də, Rusiya, Azərbaycan, hətta Ermənistanın belə qanunları pozulmayıb.

Demək istədiyim odur ki, bunlar şər-böhtandan ibarət donoslardır. Yəqin, donoslar çox olduğundan “Facebook” administrasiyası robot kimi hərəkət edib və onları qəbul edərək, mənim hesabıma 30 gün müddətinə blok qoyub”.

Stalik Xankişiyev əlavə edib:

“30 ildir ki, Qafqazda Qarabağ və Azərbaycanın işğal olunmuş yeddi rayonu uğrunda qanlı münaqişə davam edir. Dünyanın heç bir dövləti Azərbaycan torpaqlarının işğalını qanuni saymayıb – nə Rusiya, nə də başqası. Hətta Ermənistan belə bu cür axmaqlığa cürət etməyib.

İşğala, gözlənilən aqressiv planlara bəraət vermək üçün, erməni təbliğatçıları dünyanın müxtəlif ölkələrində, birinci növbədə də Rusiyada yerli ictimaiyyətə azərbaycanlıların vəhşi, köçəri xalq olduğunu, özünəməxsus mədəniyyəti olmadığını,həmin torpaqlarda köklərinin olmadığını, ona görə də Qara dənizdən neft yataqlarına kimi uzanan Böyük Ermənistan torpaqlarını boşaldıb, Altaya çıxıb getməli olduqları ideyasını aşılamağa çalışır və bu istiqamətdə planlı işlər görür. Başa düşürsünüz, 30  ildir ki, nifrətə təhrik edirlər, saysız-hesabsız təhqirlər yağdırırlar, ədavət salırlar. Azərbaycanın bütün yeməklərinin erməni yeməyi olduğunu car çəkməkdən tutmuş, onların ərazi-mədəni ekspansiyasına qarşı çıxan az-çox tanınan azərbaycanlılara böhtanlar yağdırmağa kimi bütün metodlara əl atırlar.

Ermənistan kütləvi informasiya vasitələrində, həm sarı-çirkab mətbuatında, həm də rəsmi mediada uzun müddətdir ki, şaşlık, lülə-kabab, dolma və plovu Azərbaycan yeməkləri adlandırdığım üçün ünvanıma böhtanlar yağdırılır.

Bu yaxınlarda  sağa-sola müsahibə verən, durmadan yalan danışan, yalanları ilə adamı lap məəttəl qoyan ermənistanlı aşpaz Sedrak Mamulyan diqqətimi çəkdi. Məsələ ondadır ki, o, mənim az-çox başım çıxan mövzuda - kulinariya və onun tarixi barədə danışır. “Facebook”da onu müzakirəyə dəvət etdim. Ondan səs çıxmadı. Həmin vaxt mən  dolmanın guya erməni yeməyi olması barədə heç bir sübutun olmadığı haqqında onlarla arqument göstərdiyim böyük məqalə üzərində işləməyə başladım, dolmanın yemək, kulinar təzahür olaraq  Osmanlı imperiyasında tanındığını və dolma sözünün bütün türk dillərinə daxil olduğunu sübuta yetirən nüfuzlu mənbələrə çoxsaylı istinadlar etdim.   ”.

Hal-hazırda dolma bişirən müxtəlif xalqların kulinariyası haqqında onlarla kitabı skanerdən keçirdim. Elə arqumentlər gətirdim ki, erməni opponentlərim onlara etiraz edə bilmədi.

Cənablar, siz əclafsınız. Yazıq, qorxaq, axmaq, savadsız və alçaq insancıqlarsınız. Mən sizə makirə aparmağı təklif etdim, siz isə sivil şəkildə mübahisə edə bilmədiniz və mənə alçaqlıqla qalib gəlməyə çalışdınız. İstədiyinizə nail oldunuz – mənim hesabıma 30 gün müddətinə blok qoydular. Ancaq bu, mənim məğlubiyyətim yox, əslində, QƏLƏBƏMDİR. Onlar bununla mənim haqlı olduğumun, sizin həqiqəti görən gözünüzün olmadığınızın, ondan qorxduğunuzun, onu məhv etməyə çalışdığınızın etirafıdır.

Axmaqlar! Siz adınızı xristiaan qoymusunuz, ancaq heç “Bibliya”nı da oxumamısınız. İsa Məsih belə deyib:

“Həqiqətə görə sürgün edilənlərin yeri cənnətdir”.

Hələ Cənnətə düşməyə tələsmirəm, hələ gəncəm, enerji doluyam, tamaşaçılarım, izləyicilərim və oxucularımı sevindirmək üçün hələ işləmək istəyirəm.

“Facebook” səhifəmdə 5000 min ortaq dostum, 67 000 izləyicim var. Əvvəllər mənim məqalələrimi 50-70 min adam oxuyurdu. İndi isə onların hər birinə üzümü tuturam: Hesabımın blokda olduğu müddətdə mənə yardım edin, məqalələrimi öz səhifələrinizdə paylaşın. Beləcə, bu məqalələri, 10 qat, əlli qat, hətta 100 qat artıq insan oxuyacaq. Siz nəyə nail oldunuz? Əclaflığa insanların reaksiyası həmişə eyni olur”.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında Azərbaycan dolması YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

1news.az

Paylaş:
926

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər