Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

18:07 - 29 / 01 / 2018
Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məlumatda o da bildirilir ki, binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.

Əlavə məlumat veriləcək.

17:04

Bakıda yaşayış binasında partlayış olub.

1news.az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Dağıntılar altında qalanların olduğu ehtimalı da var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

1news.az

Paylaş:
584

Son xəbərlər

Bütün xəbərlər