MFL-də 10-cu tur: Ən yaxşı “assistentlərin” yarışı, “Ronaldodakı kimi zədə” və həvəskar Liqa ulduzlarının Türkiyə toplantısı – FOTO – VİDEO
Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-də X tur başa çatdı.
Tur həm çempionatın favoritləri, həm də ortababları arasında parlaq və gərgin görüşlərlə yadda qaldı. Bununla yanaşı, hər iki Konferensiyada turnir cədvəlinin vahid liderləri var. MFL ulduzlarının Antalya toplanışından videokadrlar və “AFFA Boys”un futbolçularından birinin “Ronaldo kimi yaralanması” da diqqət mərkəzində oldu.
Bu və bir çox başqa şeylər barədə həvəskar liqa olan MFL-in keçən turunun həftəlik icmalında oxuyun.
“A” Konferensiyasının oyunlarının nəticələrini təqdim edirik:
Konfransda bu dəfə ən yaxşı assistent ustası adı uğrunda ciddi mübarizə başladı. Nəticədə, hər birinin hesabında 12 məhsuldar ötürmə olan dörd futbolçu qeydə alındı.
“İKAU”dan Elvinlə “Sirena Motors”dan Əlsalam bu həftə Konferensiyada bombardirlik yarışında liderliyi “Baku Eagles”dən Sadiqə güzəşət etməli oldular.
“Cinema Plus” “A” Konferensiyasının turnir cədvəlində ilk sıranı əminliklə özündə saxlayır.
Eyni zamanda qeyd edək ki, “Cinema Plus” vurulan qolların sayına görə ən məhsuldar komandadır. “Kinoman”ın oyunçuları artıq 52 qol vurub.
“A” Konferensiyasının icmalı ilə burada da tanış ola bilərsiniz.
Məlum olduğu kimi, “Real”ın hücumçusu Kriştiano Ronaldo İspaniya çempionatının 20-ci turu çərçivəsində “Deportivo”ya (7: 1) qarşı oyunda qaşından zədə aldı.
İnsident portuqaliyalının baş zərbəsi ilə topu rəqibin qapısına vuran zaman baş verdi. “Deportivo”nun müdafiəçisi ona mane olmaq istəyərkən butsısı ilə Ronaldonun üz nahiyəsinə zərbə endirdi.
MFL-də oxşar zədəni top uğrunda mübarizə zamanı “AFFA Boys” komandasının oyunçusu Riad Rəfiyev də aldı. Məşhur futbolçu ilə müqayisədə azərbaycanlının zədəsi daha ciddi oldu və o, oyun meydanından birbaşa xəstəxanaya aparıldı. MFL tezlikıə futbolçunun sağalmasını və həvəskar liqanın meydanına qayıtmağı arzulayır.
“B” Konferensiyasının oyunları aşağıdakı qaydada başa çatdı:
10-cu tura kimi ən yaxşı “assistentlərin” siyahısında “Sabunçu”dan olan Mehdi inamla liderlik edirdi. Lakin indi onu bu yarışmada “Atilla” komandasının şərəfini qoruyan Taleh sıxışdırmağı bacarıb.
Əvvəlki kimi Konferensiyanın dəyişməz bombardiri “Poseidon” komandasının oyunçusu Mehdixandır.
Yeri gəlmişkən, “B” Konferensiyasında turnir cədvəlinə məhz “Poseidon” başçılıq edir.
Konferensiyanın oyunlarının icmalı irə burada tanış ola bilərsiniz:
Sözsüz, “Gunners” – “Gənclik İ.K” matçı turnirin ən parlaq oyunlarından biri oldu. “Gənclik İ.K”-nin hücumçusu Nikolay Manolovun möhtəşəm oyunu sayəsində aktivində cəmi iki heç-heçə olan komanda gərgin mübarizədə qələbəni təmin etdi – 6:5.
Komandasına 3 xal qazandıran Nikolay isə haqlı olaraq MFL-də Həftənin Oyunçusu oldu.
10-cu turun rəmzi yığmasını təqdim edirik:
Bir çoxlarının bildiyi kimi, MFL-in 4 oyunçusu: Məmiş Nəzərov (“GB Solution”), Elvin Əlizadə (“İKAU”), Mehdi Əzimzadə (“Sabunçu FK”) və Cəbrayıl İsmayılov (“Juventus Baku”) Azərbaycanın Topaz Premyer-liqasının futbol klubları ilə birgə Antalyaya toplanışa getdilər.
Həvəskarlar liqasının oyunçularının Türkiyədəki toplanışını işıqlandıran 1news.az-ın jurnalistləri hadisə yerindən hazırlana fotoları və videoçarxları bütün MFL azarkeşləri ilə bölüşürlər.
----
Artıq bu gün, yanvarın 29-da “A” Konferensiyasında 11-ci turun oyunları baş tutacaq. Aşağıda görüşlərin cədvəli ilə tanış ola bilərsiniz.
“B” Konferensiyasında 11-ci turun oyunları isə fevralın 1-də keçiriləcək.
Fəridə Rəsulova