Azərbaycan - Moldova matçının hakimləri açıqlandı | 1news.az | Xəbərlər
İdman

Azərbaycan - Moldova matçının hakimləri açıqlandı

16:20 - 30 / 01 / 2018
Azərbaycan - Moldova matçının hakimləri açıqlandı

Bu gün Antalya şəhərində Azərbaycan və Moldova yığmaları arasında keçiriləcək yoxlama matçının hakimləri açıqlanıb.

1news.az-ın məlumatına görə, qarşılaşmanı türkiyəli hakimlər briqadası idarə edəcək.

Belə ki, görüşün baş hakimi Hüseyin Göçek olacaq. Ona Bahattin Duranla Tarık Ongun köməklik edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Barış Şimşek olacaq. 

Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

1news.az

Paylaş:
821

Son xəbərlər

Bütün xəbərlər