Xalq Bank 2017: Bütün göstəricilər üzrə sabit artım | 1news.az | Xəbərlər
İqtisadiyyat

Xalq Bank 2017: Bütün göstəricilər üzrə sabit artım

17:15 - 30 / 01 / 2018
Xalq Bank 2017: Bütün göstəricilər üzrə sabit artım

ASC “Xalq” Bankının 2017-ci ildə fəaliyyətinin nəticələrinə əsasən bankın əsas maliyyə göstəricilərində stabil artım müşahidə olunur.

Belə ki, 2017-ci ilin sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 145.03 mln manat və yaxud 8,7% artaraq 1.813 mlrd manat təşkil edib.

Bankın kapitalı isə 2016-cı ilin sonu ilə müqayisədə 22.2 mln manat (9,34%) artaraq 259.84 mln manat həcmində qeydə alınıb. 2017-ci il ərzində Xalq Bank kredit portfelinə görə Azərbaycanın ən böyük özəl bankı statusunu qoruyub. Bankın 2018-ci il 1 yanvar tarixə kredit portfeli 1.312 mlrd manat olub. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 37.7 mln manat çoxdur. Bank tərəfindən görülən səmərəli tədbirlər nəticəsində kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi ötən dövr ərzində 22% azalaraq 62.9 mln manat təşkil edib.

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi ötən illə müqayisədə 6,55% artaraq 1.17 mlrd manata çatıb.

Bank 2017-cı ili 17.6 mln manat xalis mənfəət ilə başa vurub. Bu da keçən ilin sonuna olan xalis mənfəətin həcmi ilə müqayisədə 70% artım təşkil edir. Bank 2017-ci ildə inkişaf strategiyasına uyğun olaraq xidmət şəbəkəsinin genişləndirilməsinə xüsusi diqqət ayırıb. İl ərzində bankın “Tovuz” və “Göyçay” filialları müştərilərin istifadəsinə verilib. Ötən il bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi və nağdsız əməliyyatların həcminin artırılması məsələsinə xüsusi diqqət ayrılmışdır. Aktiv plastik kartların sayının 2016-cı ilin sonu ilə müqayisədə 91,5% artması bu sahənin inkişafının bariz göstəricisidir. Bankın xidmət və məhsullarından faydalanan müştərilərin ümumi sayında isə il ərzində 27% artım müşahidə olunub.

2017-ci ildə tamamilə yenilənmiş, çoxfunksiyalı və rahat XalqBank-Online internet-bank sistemi müştərilərin istifadəsinə verilib. Ötən il ərzində bank beynəlxal təşkilatlar və qlobal ödəniş sistemləri ilə uğurla əməkdaşlıq edib. Belə ki, məhz Xalq Bank nüfuzlu maliyyə aləti olan “World Mastercard Black Edition” kartını Azərbaycanda istifadəyə verən ilk bank olmuşdur, bu isə əhaliyə yüksək keyfiyyətli premium bankçılıq xidmətlərinin göstərilməsi istiqamətində atılmış əhəmiyyətli bir addımdır. Eləcə də, Visa İnternational ödəniş sisteminin direktorlar şurasının qərarına əsasən Xalq Bankın assosiativ üzvlüyü prinsipial üzvlüyədək yüksəldilib. Bank, elektron ticarət şəbəkəsi vasitəsilə aparılan nağdsız əməliyyatların sayında və həcmində əldə etdiyi artıma görə banklar arasında aparıcı yerlərdən birini tutur. World MasterCard Black Edition kartını Azərbaycanda ilk təklif etdiyinə və debit kartlarının sayında əldə etdiyi artıma görə MasterCard İnternational; kartlar üzrə orta əməliyyat məbləğində ən yüksək artıma nail olduğuna görə Visa İnternational beynəlxalq ödəniş sistemləri tərəfindən mükafatlandırılıb.

2017-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin ilk üçlükdə yer alan lider banklarından biri olmasını bir daha təsdiqlədi. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.

Reklam hüququnda

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər