Dünya nəhəngi “IBM” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya nəhəngi “IBM” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

10:50 - 30 / 01 / 2018
Dünya nəhəngi “IBM” Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək

Kompüter texnologiyaları sahəsində dünya lideri olan “IBM” şirkəti Bakı Ali Neft Məktəbilə (BANM) əməkdaşlıq edəcək.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən  məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfərində, Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb və cənab Prezident “IBM” şirkətinin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu, mövcud əməkdaşlığın gələcək əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

“IBM” şirkəti həmçinin SOCAR ilə ən müasir texnologiyalardan istifadəyə geniş imkan yaradacaq yeni layihə həyata keçirməyi planlayır. Üzərində 1500-dək işçinin çalışacağı planlaşdırılan layihədə Bakı Ali Neft Məktəbinin də iştirakı nəzərdə tutulur. Layihə dünya səviyyəli mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermiş olacaq.

Qeyd edək ki, BANM-ın yeni açılmış kampusunda “IBM” şirkətinin texniki təminat və proqramla təchiz olunmuş tədris mərkəzinin açılması da nəzərdə tutulmuşdur.

1news.az

 

Paylaş:
617

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər