Riçard Almeyda Superliqa klubunun hədəfində
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda karyerasını Türkiyədə davam etdirə bilər.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı qonşu ölkə mətbuatı yayıb.
Bildirilir ki, “Bursaspor”un baş məşqçisi Pol Le Quen rəhbərlikdən transfer dönəminin son günlərində bir yarımmüdafiəçi alınmasını tələb edib. Fransalı mütəxəssisin siyahısında isə bu mövqeyə iki namizəd var ki, onlardan biri də Almeydadı. Milli komandamızın üzvü ilə yanaşı, “Feyenoord”un oyunçusu Kərim əl-Ahmadi də “timsah”ın maraq dairəsindədi.
Türklər bu iki futbolçudan birini mütləq heyətə cəlb etmək niyyətindədi. “Timsah” ya Almeyda, ya da əl-Ahmadini icarəyə götürməyi planlaşdırır. Le Quenin ilk hədəfi Almeydadı. Əgər Braziliya əsilli oyunçunun keçidi baş tutmasa, o zaman əl-Ahmadi ilə danışıqlara start veriləcək.
Həmkarlarımız Almeydanın transfer qiymətinin 1 milyon 750 min avro olduğunu da qeyd ediblər.
1news.az