Əli Həsənov: Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb

11:57 - 30 / 01 / 2018
Əli Həsənov: Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb

Yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb.

1news.az  trend-ə istinadla xəbər verir ki,  bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə yeni mənzillərin açarlarının təqdim edilməsi mərasimində deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin jurnalistlərə yönəlik sözün həqiqi mənasında humanist siyasəti deyil, illərdir ki, milyonlarla, on, hətta yüz milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb:

"İflasa uğrayan illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə xərcləyərək, başqa ölkələrin media nümayəndələrini öz təsiri altına salmaqla öz dövlətinə, dövlətçiliynə və milli maraqlarına qarşı istifadəyə etməyə çalışanların siyasətidir.

"Həmin “qrant mediası”nın dırnaqarası "dəyərli" nümayəndələri bu gün Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq bu günlərdə aparıcı ölkələrin – Fransa, Almaniya, Britaniya və İtaliyanın parlamentləri qarşısında “Non TAP” aksiyası, yəni Azərbaycanın strateji marağı olan “TAP layihəsinə "yox" deyək” aksiyası keçirmək istəyirlər. Budur qrant siyasətini həyata keçirənlərin bəzi Azərbaycan jurnalistlərindən formalaşdırdığı vətəndaşlar. Belə jurnalistlərin mövcudluğu və bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil. Azərbaycan mediasının təməli sağlam qoyulub".

Ə.Həsənov bildirib ki, Azərbaycan mediasının təməli sağlam qoyulub: "Azərbaycanda media siyasətinin iflasa uğradığını, müstəqil medianın məhv olduğunu deyənlər baxıb görsünlər ki, Azərbaycanda bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa dövlət qurumu varmı? Azərbaycan bəlkə bölgənin yeganə və ilk dövləti idi ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək jurnalistlərin bütün məsuliyyətini, bütün öhdəliyini, bütün yaradıcılıq normalarını onların özlərinin yaratdığı ictimai qurum – Mətbuat Şurası vasitəsilə tənzimləmə mexanizmini tövsiyə etdi. Bu gün Azərbaycan dövləti sizə yardım edir. Siz bu yardımı qəbul edə də bilərsiniz, etməyə də. Azərbaycan dövləti sizin bəlkə çox çətinliklə, bəlkə heç vaxt ala bilməyəcəyiniz mənzil tikib sizə təklif edir. Siz bu mənzili ala da bilərsiniz, almaya da. Bunu hansısa dairələr Azərbaycan mediasının iflası kimi dəyərləndirirsə, əlbəttə, bu, çox böyük qəbahətdir".

O əlavə edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ümummilli lider Heydər Əliyevin media siyasətini davam etdirib:

"2004-cü ildən bu günə qədər İlham Əliyevin prezident kimi mediaya qayğısından kim öz media müstəqilliyini itirib? Qətiyyən belə deyil. Cənab Prezident bu günlərdə Davosda çıxışı zamanı da qeyd etdi. Kim hesab edirsə ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, digər vətəndaş hüquqları, ictimai normalar pozulur, buyursun, biz onlarla açıq dialoqa hazırıq. Bunun qətiyyən heç bir əsası yoxdur. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bir konseptual platforma üzərində quruldu. Kimə və nəyə yardım göstərildiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur. Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Bu qrantların və dövlətin yardımının nəticələrinin nə olduğunu hamı yaxşı bilir, əlavə izah verməyə ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü informasiya siyasətini, media siyasətini, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik”.

1news.az  

Paylaş:
636

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər