Bank Respublikaya etibar edən müştəri sayı artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublikaya etibar edən müştəri sayı artıb

14:10 - 31 / 01 / 2018
Bank Respublikaya etibar edən müştəri sayı artıb

Bank Respublika 2017-ci il ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.

Hesabata əsasən Bank-ın xalis əməliyyat mənfəəti 8,6% artaraq 4.9 milyon manat təşkil edib. Bundan əlavə, Bank-a əmanətlərini etibar edən müştərilərin sayında və əmanətlərin həcmində də artım müşahidə olunub. Belə ki, 2017-ci ilin nəticlərinə görə Bank-ın fiziki şəxslərin depozit portfeli 3,5% artaraq 196,637 mln manat təşkil edib. Ümumi depozit portfeli isə ötən ilin sonunda 2,7% artaraq 474,801 min manat olub.

Hesabat dövrünə Bank-ın aktivləri 702 milyon, kredit portfelinin həcmi 229 milyon manat təşkil edib. Kredit portfelinin keyfiyyətinin təhlili, vaxtı keçmiş kreditlərin həcminin azalmasını göstərir. Bu göstərici rüb ərzində 13%-dən 10%-dək azalıb, bu da bank sektorunda aşağı göstəricilərdən biri olmaqla yanaşı, Bank-ın müsbət maliyyə nəticələrinə və dayanıqlığını göstərən əsas amillərdən biridir.

Kredit portfelinin keyfiyyət baxımından dəyişməsinin qarşısını almaq məqsədilə Bank il ərzində 15 milyon manat həcmində ehtiyyatların yaradılmasına qərar verib. Nəticədə Bank ili 10.5 milyon zərər ilə başa vurub.

“Qeyd etmək istərdim ki, bank 2017-ci ildən əvvəl verilmiş kreditlər üzrə yarana biləcək risklərin qarşısını almış oldu. Bununla bağlı kapitalın artımı barədə qərar qəbul edilib. Bank-ın nizamnamə kapitalının artırılması istiqamətində aparılan proseslərin 10 fevral 2018-ci ildə bitməsi nəzərdə tuturuq. Bank-ın nizamnamə kapitalının 10 milyon manat həcmində artırılaraq 67,5 milyon manata çatdırılması gözlənilir.

Nizamnamə kapitalın artımı, Bank-ın bazardakı mövqelərinin güclənməsinə yönəlmiş inkişaf strategiyası çərçivəsində həyata keçirilir. Bu investisiyalar Bank-ın dayanıqlı inkişafına və etibarlığının möhkəmlənməsinə töhfəsini verəcək. Əlavə cəlb olunmuş vəsaitlər hesabına, bank bazarda yeni və innovativ layihələrin həyata keçirilməsini və müştərilərə təqdim olunan məhsulların yenilənməsini planlaşdırır” - deyə, Bank-ın İdarə Heyətinin sədri Asəf Namazov qeyd etdi.

“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlayıb və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Reklam hüququnda

 

 

 

 

 

Paylaş:
750

Son xəbərlər

Bütün xəbərlər