Fərhad Məmmədov: Sarkisyan beynəlxalq münasibət məsələlərində tamamilə savadsızdır | 1news.az | Xəbərlər
Siyasət

Fərhad Məmmədov: Sarkisyan beynəlxalq münasibət məsələlərində tamamilə savadsızdır

15:19 - 01 / 02 / 2018
Fərhad Məmmədov: Sarkisyan beynəlxalq münasibət məsələlərində tamamilə savadsızdır

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovla müsahibə:

- Yanvarın 30-da Ermənistan prezidenti Serj Sarkisyan XİN rəhbərliyi ilə görüşüb. Görüş zamanı o daha çox iki məqama toxunub: Ermənistanın xarici siyasətində ortamüddətli vəzifələr nədir və XİN-in fəaliyyətinin mükəmməlləşdirmək üçün hansı tədbirlər görülməlidir. Buradan belə bir fikir ortaya çıxır ki, deməli Sarkisyan hakimiyyətdə qalacaq və artıq indidən qurumun xarici siyasətini yenidən formalaşdırmaq fikrindədir? 

- Bu cür görüşün özü çox maraqlıdır. Adətən dövlət başçıları xarici siyasətin fəaliyyətlilə bağlı səfirlərlə görüşərək müvafiq göstərişlər verir. Beləliklə, Serj Sarkisyan seçkiqabağı dövrdə profil qurumlarla növbəti görüş keçirir. Bu da onun yaxın gələcəkdə ölkənin xarici işlərinə rəhbərlik edəcəyinə dəlalət edir. Bu, Sarkisyanın seçkiqabağı bəyanatlarından biridir. 

Arayış:

Xatırladaq ki, 2015-ci ilin dekabrında Ermənistan konstitusiyasına dəyişikliklə bağlı referendum keçiriib. Referendumdan sonra ölkə tamamilə parlament respublikası oldu.

Bununla da prezidentin bütün səlahiyyətləri ölkənin baş nazirinin ixtiyarına verildi. Xarici siyasətin təyin edilməsi, icra strukturlarına rəhbərlərin təyin edilməsi və s. –  bütün bunları prezident deyil, baş nazir həyata keçirməli olur. 

Sarkisyanın ikinci prezidentliyinin müddəti 2018-ci ilin aprelin 9-da başa çatır. Bundan sonra ölkə parlament idarə sisteminə keçəcək.

Ermənistanın son 10 ildə xarici siyasətinə gəlincə, yəni Sarkisyanın prezidentliyi dövründə ölkənin xarici siyasətində gözlənilməz dönüş nöqtələri yaşanıb. Buraya Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Assosiasiya müqaviləsinin imzalanmaması və Qazaxıstan prezidentinin irəli sürdüyü, Belorus tərəfindən dəstəklənən müəyyən şərtlərlə Avrasiya İqtisadi Birliyinə giriş daxildir.

2016-cı ildə aprel döyüşləri zamanı Ermənistanın müttəfiqləri KTMT və Avrasiya İqtisadi Birliyinin Azərbaycanın mövqeyini dəstəklədiyinin şahidi olduq.

- Görüş zamanı Sarkisyan bildirib ki, Ermənistan beynəlxalq və regional problemlərin həlli zamanı payına düşən məsuliyyətdən qaçmır...

- Müstəqil dövlət prezidentinin bu cür fikirlər səsləndirməsi normal hal deyil. Əgər o, bunu söyləyirsə, deməli bir ölkə kimi xarici siyasətlə bağlı bu və ya digər məsələlərin həyata keçirilməsində məsuliyyəti böyük dövlətlərin, xüsusilə də Rusiya kimi müttəfiqin çiyninə atır.

Bunun bir çox bariz nümunələri var. Yaxın günlərdə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin 2011-ci il Rusiya ilə Gürcüstan arasında Cənubi Asetiya və Abxaziyadan keçəcək nəqliyyat dəhlizlərinin fəaliyyət göstərməsilə bağlı bildirib ki, Moskva bunu İrəvanın xahişi ilə edir. Bununla da Karasin açıq şəkildə bəyan edir ki, erməni tərəfi öz məhsullarının bu dəhlizlə daşınması üçün bu məslənin tezliklə həllini istəyir.

Digər nümunə: bir il bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz yenilənmiş energetika üzrə İrəvanda təşkil edilmiş konfransda bildirib ki, Ermənistan energetika sahəsinə 8 milyard dollar sərmayə cəlb edə bilər, lakin bununla ölkə rəhbərliyi oyunun qaydalarına riayət etməlidir. Bundan dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN ilə birgə Şimali Amerikada XİN rəhbərləri səviyyəsində məsləhətləşmələrlə ağlı press-relizlər yayır.

Təsəvvür edin Ermənistanın xarici siyasət məsələsilə bağlı Rusiya Kanada, ABŞ və Meksika kimi dövlətlərinin olduğu Şimali Amerika ilə məsləhətləşir? Bu, Ermənistanın dünya və xüsusilə ABŞ-la istənilən xarici siyasət əlaqələrinin Rusiya XİN-in nəzarətində olduğunun göstəricisidir.  Bir nümunə daha: Los-Ancelesdə Ermənistanın baş konsulu Rusiya vətəndaşı idi.

Yuxarıda sadalanan bütün deyilənlərdən nəticə çıxarmaq olar ki, Ermənistan bütün parametrlərlə Rusiyanın forpostudur.

- Sarkisyan həmçinin son 10 ildə Ermənistanın Dağlıq Qarabağ münaqişəsi məsələsində “möhkəmlənmə” fikirlərini də səsləndirib. Guya Ermənistan münaqişənin həllinin təməl başlanğıcı kimi özünütəyinetmə hüququnu möhkəmlədə bilər.

- 1975-ci ildə Helsinki Yekun aktı qəbul edilib. Və burada həmin prinsip yer alıb. Lakin həmin prinsip Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində yazılmayıb. Sarkisyan ümumiyyətlə beynəlxalq hüquq, beynəlxalq münasibət məsələlərində savadsızdır. Burada savadsızlığını bir daha nümayiş etdirdi.

ATƏT-in Minsk qrupunun həmsədrləri Helsinki Yekun aktının əsas prinsiplərinə əsaslanırlar. Münaqişənin həlli üçün beynəlxalq hüquq istər özünütəyinetmə, istərsə də ərazi bütövlüyünü saxlanılmasına geniş imkanlar verir. Azərbaycan Prezidenti bildirib ki, ermənilər muxtariyyat səviyyəsində özünütəyinetmə edə bilərlər. Həmçinin Azərbaycan öz topraqlarında ikinici erməni dövlətinin yaranması ilə raızlaşa bilməz.

İkili standartlar,dünyanın aparıcı dövlətlərinin unutqanlığı işğalın davam etməsinə imkan verir. Bu da nəticə etibarilə Sarkisyanın AŞPA-da və digər beynəlxalq müstəvidə həyəsız çıxışlarına gətirib çıxarır.

- Bəs Serj Sarkisyanın 10 illik hakmiyyətinə necə yekun nəticə vermək olar?

- Hər şey göz qabağındadır. Bu haqda Ermənistanın ikinci prezidenti Robert Koçaryan və ölkənin digər siyasətçiləri də deyib. Xarici transferlər və büdcə parametrlərinə görə, Ermənistan hələ də 2006-2007-ci illər səviyyəsinə yüksələ bilməyib. Hər il ölkə iqtisadiyyatı daha da pisləşir. Bütün bunlar son 10 ildə Ermənistanın xarici siyasətinin vurduğu zərbələrin nəticəsidir. Bu, Sarkisyanın fəaliyyətinin yekundur.

- Sarkisyan həmçinin çıxışında qeyd edib ki, milli təhlükəsizlik strategiyasına yenidən baxılmalıdır. O, bunu XİN-in fəaliyyətilə əlaqələndirib. Sizcə, bununla Sarkisyan nə demək istəyir?

- Bütün bunları “Ermənistanın yeni prinsiplərlə yaşamalıdır” seçkiqabağı kampaniya kimi baxmaq olar. Bir ölkənin ki, okeana çıxışı yoxdur, iki əsas sərhədi bağlıdır, o ölkə rəhbərliyi nəyisə düzgün etmədiyi ilə bağlı düşünməlidir. Lakin Ermənistanda öz dövlətlərinə qarşı yanlış siyasət davam edir, rəhbərliklə ölkə maraqları arasında güzəştlər yoxdur. Bunun nəticəsi olaraq ölkədə mühacirət halları artır, iqtisadi inkişaf yoxdur.

Sarkisyanın çıxışında ölkənin XİN rəhbəri Edvard Nalbandyandan razılığı da qeyd etmək olar. Bunu Rusiya tərəfinin diqqəti kimi izah etmək olar. Belə ki, Nalbandyan daha çox Rusiya diplomatiyası ilə bağlıdır. Hər kəsə yaxşı məlumdur ki, Rusiya, xüsusilə də ölkənin xarici siyasət qurumu Nalbandyanı Ermənistan XİN rəhbəri olaraq lobbiləşdirir.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
894

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər