Unibank güc strukturu işçilərinə xüsusi aksiya keçirir

Fevralın 15-dək davam edən aksiya çərçivəsində, güc strukturu işçilərinə nağd kredit faizlərində 2% endirim ediləcək.
Aksiya çərivəsində Unibank filiallarına müraciət edən güc strukturu işçiləri, 15 000 AZN-dək nağd krediti 36 ayadək müddətə, sərfəli faizlə əldə edə biləcəklər.
Unibank-dan nağd kredit götürmək güc strukturu əməkdaşlarına başqa üstünlüklər də verir:
- Sığorta haqqı yoxdur;
- Kreditin aylıq minimum ödənişləri 19 manatdan başlayır;
- Heç bir zamin tələbi yoxdur;
- Kredit proseduru çox sadədir.
Krediti banka gəlmədən də 050 778 8117 Whatsapp nömrəsinə yazaraq, Unibank Mobile-dan , unibank.az saytından onlayn sifariş edərək və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Unibank-ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə yerləşən aşağıdakı filialarımız şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 14 saylı filial(Beş mərtəbə); 13 saylı filial(İnşaatçılar); Nərimanov filialı; Əcəmi; Neftçilər filialı; 10 saylı filial(Əhmədli); 19 saylı filial(“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”; “Gəncə”; “Bərdə”; “Kəpəz”; “Mingəçevir”; “Tovuz”; “Quba”; “Şəmkir”.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile - bankdan daha yaxın!
Unibank haqqında
Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.
Reklam hüququnda