“Azərpoçt”un plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərpoçt”un plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək

16:44 - 01 / 02 / 2018
“Azərpoçt”un plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək

“Azərpoçt” MMC ilk dəfə “Debit MasterCard” ödəniş kartlarının emissiyasına başlayıb. İlk mərhələdə 20 min kartın personallaşdırılması nəzərdə tutulub.

1news.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Debit MasterCard” - debit məhsulu olaraq, “MasterCard” Beynəlxalq Ödəniş Sistemi tərəfindən yaradılıb. Sistemin əsas üstünlüyü “Debit MasterCard”ın POS-terminallarda əməliyyatların həyata keçirilməsində elektron ticarət zamanı əməliyyatların icrasına imkan yaratmasıdır.

Bu kartların texniki üstünlüyü isə kontaktsız əməliyyatları dəstəkləməsidir. Bu tip kartlarla həyata keçirilən əməliyyatlar zamanı müştərilərin kart hesabına tətbiq olunan rüsumlar digər kart tiplərinə nisbətən daha ucuzdur.

Hər bir fiziki şəxs “Debit MasterCard” tipli ödəniş kartını əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlərlə “Azərpoçt” MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət edə bilər. Kartı əldə edən istənilən korporativ və fərdi müştəri üçün rüsumlar 1 illik - 10 AZN, 2 illik -18 AZN, 3 illik - 24 AZN təşkil edir.

“Azərpoçt” MMC ilə əməkhaqqı layihəsində iştirak edən müəssisələrin əməkdaşları üçün rüsumlar 1 illik - 8 AZN, 2 illik - 15 AZN, 3 illik - 21 AZN-dir.

S.Xankişiyeva

 

Paylaş:
590

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər