#MFLStars: BOS Shelf – adi fəhlələrdən ibarət futbola vurğun komanda – FOTO – VİDEO
1news.az #MFLStars layihəsi çərçivəsində ilk mini futbol liqası MFL-in ən parlaq komandaları ilə bağlı reportajları yenidən sizlərlə bölüşür.
#MFLStars bu dəfə çempionatın ən parlaq komandalarından biri BOS Shelf-in qonağı olub.
BOS Shelf – dəstək bazalarının qurulmasında ixtisaslaşan neft sektorunda aparıcı tikinti şirkətidir.
Bütün günü tikintidə çalışan adi fəhlələrdən ibarət komanda MFL-də yüksək nəticələr göstərməsə də, lakin hər oyunda fədakarlıq, emosional oyun və qələbə qazanmaq üçün yüksək iradə nümayiş etdirməklə yadda qalır.
BOS Shelf komandasının futbolçu, məşqçi və rəhbərləri ilə söhbət edərkən elə təəssüratlar yaranır ki, bu, meydanda öz həvəsi üçün oyun oynayan kollektiv deyil, əsl mehriban ailədir.
BOS Shelf komandasının kapitanı Emil Mütəllimov futbol ilə işin bir araya gətirilməsinin çətinliyindən, həmçinin meydanda kollektivə rəhbərliklə bağlı fikirlərini bölüşüb:
“Biz hamımız bir yerdə çalışırıq və bir yerdə zəhmət çəkirik. Komandanın üzvlərinin hamısı müəssisədə çalışır. Hətta bir-birimizə qonşuluqda yaşayırıq. Bu, müəyyən mənada meydanda bir-birimizi anlamaqda bizə yadımçı olur”.
Gərgin iş günündən sonra həftədə 2 dəfə məşq edirik. 8 saatlıq ağır fiziki işlə çalışdıqdan sonra əlbbətə bu, olduqca çətindir. Biz hətta rəsmi oyunlara da işdən sonra gedirik. Bəzən nahar etməyə belə vaxtımız olmur. Düşünürəm ki, bu, bəzən komandanın fiziki hazırlığına mane olur. Hər halda həmişə yüksək əhval-ruhiyyə ilə oyuna başlayırıq.
Kapitan olmaq həm məsuliyyətli, həm də qürurvericidir. Çox tələbkar deyiləm, çalışıram qışqırmaqdan daha çox istiqamət verim. Burada yaşca hamıdan böyüyəm və futbolla bağlı təcrübəm də daha artıqdır. Buna görə də uşaqlar mənə etibar edir.
MFL-də bir çox komandaların səviyyəsi yüksəkdir, bəzilərində isə keçmiş peşəkarlar oynayır. Bizim komanda da isə hamı həvəskardır. Bu, bizi qorxutmur, hər matçı ürəkdən oynayırıq. Hazırda 20-ci sıradayıq, lakin mövsümün sonundək hələ zaman var, özümüzü subut etməyə hələ vaxt var”.
Komandanın məşqçisi Elçin Şükürov himayəsində olan oyunçuların proqramı haqqında danışıb:
“Komandanın tərkibində həvəskar oyunçular olduğu üçün məşqlərə yanaşmam da başqadır. Məşqlərin planı onların iş qrafikinə uyğun tərtib edilir və müəyyən güzəştlər olur. Məqsədim onları futbola sıfırdan hazırlamaq deyil. Çünki bu oğlanlar uşaq deyil. Onları topla rəftar etməyi, komandada oynamağı, meydanda düzgün düşünməyi və müəyyən zamanlarda uyğun qərarlar verməyi öyrədirəm”.
Əvvəllər BOS Shelf komandasının məşqçisi yox idi. Onlar ayrı-ayrılıqda yaxşı oyun nümayiş etdirsələr də, meydanda yaxşı nəticələr göstərmirdilər. İndi isə komanda olaraq düzgün oynamağı bacarırlar. Altı ay üçün bu, yaxşı göstəricilərdir. Təcrübə toplayaraq mövcud plana uyğun hərəkər etmək lazımdır.
MFL-də elə komandalar var ki, onların tərkibində güclü futbolçular olsa da, nəticələri bizimkindən də aşağıdır. Biz özümüzü yüksəltmək üçün onlarla müqayisə aparmırıq. Sadəcə başqalarının səhvində öyrənmək istəyirik. Hər yeni oyunda daha yüksək nəticələr göstəririk”.
Komandanın administratoru Zaur Həsənov isə kollektivdəki ab-havadan danışıb:
“Gərgin iş günündən sonra onların futbol oynaması bu, əladır. İşlərinin çətin olmasına baxmayaraq futbol oynamaq onlar üçün istirahətdir. Deyərdim ki, onlar futbolla nəfəs alır.
İstərdik ki, MFL-in növbəti mövsümündə də iştirak edək. Bu, lazımlı və yaxşı layihədir. Tezliklə yeni oyunçular komandaya cəlb ediləcək. Komandamız çox yaxşı və zəhmətkeşdir. Bizi yalnız futbol komandası deyil, böyük və mehriban ailə olan BOS Shelf birləşdirir”.
Həmkarlar İttifaqı Komitəsinin sədri Allahyar Eyyuboğlu komandanın uğuru və potensialından bəhs edib:
“BOS Shelf komandası MFL-də birinci yer tutmaq niyyətində deyil. Hər birimiz Liqanın səviyyəsindən və burada oynayan futbolçulardan xəbərdarıq. Lakin biz zəif komanda deyilik. İlk dəfədir ki, bu səviyyədə turnirdə iştirak edirik. Mövsümə çox gec hazırlaşmışıq. Bu da oyunda özünü büruzə verir. Uşaqlar hər oyuna ciddi hazırlaşırlar.
Etiraf edirəm ki, matçların gec saatda keçirilməsinə görə, hər oyunu seyr etmək, şəxsən meydanda iştirak etmək alınmır. Lakin müntəzəm olaraq prinsipial görüşlərdə mən və BOS Shelf rəhbərliyi iştirak edir.
BOS Shelf şirkətinin prezidenti İxtiyar Axundovun təşəbbüsü ilə komandamız MFL-də oynadı. Bir dəfə o, mənə dedi ki, biz də həvəskar futbol liqasında çıxış etməliyik. Əvvəllər də komandamız olub, SOCAR-ın bir sıra yarışlarında iştirak etmişik. Lakin MFL-dəki səviyyəni eşitdikdən sonra işə daha ciddi yanaşdıq.
Komandamızı yüksək texniki göstəriçiləri ilə öyünə bilməyən, lakin hər zaman ruh-yüksəkliyi ilə oyun nümayiş etdirən Türkiyə yığması ilə müqayisə edərdim. BOS Shelf komandasının uğuruna inanıram. Bunun üçün bir çox səbəblərim var”.
MFL-i onlayn izləyin:
Tərcümə: S.Xankişiyeva