Futzal millimiz Avropa çempionatında 1/4 finala yüksəlib | 1news.az | Xəbərlər
Futbol

Futzal millimiz Avropa çempionatında 1/4 finala yüksəlib

23:37 - 02 / 02 / 2018
Futzal millimiz Avropa çempionatında 1/4 finala yüksəlib

Bu gün futzal üzrə milli komandamız Avro-2018-in final mərhələsinin ilk qrup oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Joze Alesionun rəhbərlik etdiyi yığmamız Fransa ilə qarşılaşıb. Matç millimizin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra yığmamız ikinci görüşün nəticəsindən aslı olmayaraq növbəti mərhələyə vəsiqə qazanıb. Fransa yığması isə 2 oyuna 1 xal toplayıb. Millimiz növbəti matçda İspaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, qrupun ilk matçında - Fransa - İspaniya görüşündə heç-heçə (4:4) qeydə alınıb.

AVRO-2018

D qrupu

2 fevral

Fransa - Azərbaycan - 3:5

Qollar: Landri Nqala, 6.59; Abdessamad Mohammed, 20.05; Suheyl Muhudine, 39.33  - Bolinya, 2.26, 22.02, 24.30; Everton Kardoso, 28.56; Eduardo Borqes, 37.09

1news.az

Paylaş:
738

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər